Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Səksən Yeddinci Günü, 21 May 2022

Şənbə 21 May 2022 - 22:12
https://az.iswnews.com/?p=7475

– Rusiya və Luqansk qüvvələri Popasnaya ətrafındakı Viktoriyoka, Tripilia, Volodymyroka, Nova Kamyanka, Striapyuka, Vişkriva və Troitske ərazilərini nəzarətə götürərək mühüm Soldar qəsəbəsinə çatdılar. Bu irəliləyişlər zamanı rus qoşunları Popasnayadan təxminən 10 km qərbə doğru irəlilədilər. Beləliklə, görünən odur ki, Rusiya ordusu Popasnaya cəbhəsində üstünlüyü ələ keçirib və Ukrayna qüvvələri üçün vəziyyət çox çətinləşib. Əgər mühüm Soldar qəsəbəsi ələ keçirilərsə, Severodonetsk və Lisiçansk şəhərlərində Ukrayna qüvvələrinə əsas dəstək xəttlərindən biri kəsiləcək.

– Rusiya ordusu və Donetsk (DXR) qüvvələri Nevadyroka, Pryotne və Stepoh kəndlərini ələ keçirib və Donetskin cənub-qərbindəki Velika Novasilka bölgəsində qarşıdurma xətlərini genişləndirib.
Onlayn xəritədə baxın

– Rusiya Ordusu və Luqansk Ordusu (LXR) Luqansk vilayətinin qərbində Lyman cəbhəsində Novaslyukka bölgəsini tam nəzarətə götürüb.
Onlayn xəritədə baxın

– Bəzi rus mənbələrinə görə, rus ordusu Popasnayanın şimal bölgəsindəki Vasilyuka və Lipove kəndlərini ələ keçirib.
Onlayn xəritədə baxın

– Rusiyanın Orlan-10 PUA-sı Rusiya hərbçilərinin Donbas bölgəsindəki Ukrayna hərbi bazasına hücumunun görüntülərini çəkib.
Hücumun Krasnopel idarə olunan sursat tərəfindən istifadə edildiyi görünür.

Daha çox oxuyun: Hərbi Məlumat: Orlan-10 PUA-sı

– Rus ordusu Mariupol şəhərini tam nəzarətə götürdü!

– Ukraynadakı müharibə zamanı Rusiya ordusunun itkiləri ilə bağlı Ukrayna mediasının statistikası (tarix: 24 fevral – 21 may tarixləri arasənda):

28.850-dən çox rus əsgəri öldürüldü və yaralandı.
1278 tank, 3116 hərbi maşın, 596 artilleriya qurğusu, 201 reaktiv yaylım atəşi sistemi, 93 hava hücumundan müdafiə sistemi, 204 təyyarə, 169 helikopter, 2178 ağır texnika və yanacaq tankeri, 13 yüngül sürətli qayıq və döyüş gəmisi, 462 pilotsuz uçuş aparatı məhv edilib.

– Rusiya Müdafiə Nazirliyinin Ukrayna müharibəsi zamanı Ukrayna ordusunun itkiləri ilə bağlı statistikası (tarix: 24 fevral – 21 may 2022 tarixləri arasında):

Ukrayna müharibəsi başlayandan indiyədək 174 hərbi təyyarə, 125 helikopter, 966 PUA, 3182 tank və digər zirehli texnika, 402 reaktiv yaylım atəşi sistemi, 1614 səhra topu və minaatan, 3054 xüsusi hərbi texnika məhv edilib.

– Rusiya ordusu və Luqansk Ordusu (LXR) Buryoskedən cənubda yerləşən Ostinyuka kəndinə nəzarəti ələ keçirib.
Onlayn xəritədə baxın

– Severodonetsk şəhərinin ələ keçirilməsi ilə bağlı qarşıdurmalar davam edir. Severodonetsk şəhərinin cənubunda Rusiya və Luqansk ordu qüvvələri Motolkine və Verunoh ərazilərindən yan keçərək Sirotin qəsəbəsinə çatıb və bu ərazidə şiddətli döyüşlər davam edir.
Severodonetskin şimal cəbhəsində şəhərin şimal girişlərində şiddətli toqquşmalar davam edir. Rusiyanın hücumu şəhərə aparan dörd əsas yola yönəlib.
Digər tərəfdən, bəzi məlumatlara görə, Severodonetsk və Lisiçansk arasında olan əsas körpü Rusiya tərəfindən partladılıb. Bu işin məqsədi Severodonetsk şəhərində mövcud olan Ukrayna qüvvələrinin şəhərin kənarı ilə əlaqəsini kəsməkdir.
Onlayn xəritədə baxın

– Finlandiyanın Rusiya qazını rublla ödəməkdən imtina etməsi səbəbindən “Qazprom” Finlandiyaya qaz nəqlini tamamilə dayandırıb.
Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasından əvvəl Rusiya rəsmiləri bildirmişdilər ki, NATO-nun Finlandiyada mövcudluğunun hər hansı gücləndirilməsi Rusiya tərəfindən cavabsız qalmayacaq. Odur ki, Finlandiyaya elektrik enerjisi və qaz ixracının dayandırılması Rusiyanın Finlandiyanın NATO-ya daxil olmasına uyğun cavabı sayıla bilər.
Qeyd edək ki, təxminən bir ay əvvəl “Qazprom” Polşa və Bolqarıstana qazın qiymətini bu iki ölkə rublla ödəmədiyi üçün ona qaz ixracını dayandırmışdı.

Qeyd: Aşağıdakı şəkildə Rusiya qazının Avropa ölkələrinə ixracının miqdarı ox işarəsi ilə göstərilib.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir