Mərib və Şəbvə cəbhəsindən ən son xəbərlər, 1 fevral 2022 + Xəritə

Çərşənbə axşamı, 1 Fevral 2022 - 23:09
https://az.iswnews.com/?p=747

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Səudiyyə koalisiya qüvvələrinin Mərib vilayətinin cənubunda irəliləməsi Ənsarullah müqaviməti tərəfindən dayandırılıb.

Gözlənildiyi kimi, Ənsarullah Səudiyyə koalisiyasının quru hücumlarını Mərib vilayətinin cənubundakı ikinci müdafiə xəttində, yəni Əl-Məlaa yüksəkliklərindən Cəbəl Həniyəyə doğru irəliləyişini dayandırmağa müvəffəq olub.
Əl-Əbidiyyə şəhərinin Bəni Əbd qəbilələrinin Ənsarullaha dəstəyi müvəqqəti olaraq koalisiyanı şəhərə daxil olmaq qərarından çəkindirib, baxmayaraq ki, Əl-Musaviqəyə baxan dağlıq ərazilərdə ara-sıra toqquşmalar davam edir.

Eyn şəhərindəki vəziyyət qeyri sabit olaraq qalır və Səudiyyə koalisiyasının mediası koalisiyanın Əl-Həcəb qəsəbəsinə və şəhərin digər sahələrinə nəzarət etdiyini iddia edir. Biyhan şəhərinin cənub yüksəkliklərində qarşıdurmalar dayanıb və iki tərəf bu cəbhəni dəyişmək üçün təsirli bir fəaliyyət göstərməyib.

Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Mərib vilayətinin cənubunda və qərbində Əl-Vadi, Əl-Cəvbə, Rəğvan və Məczər-i 30 dəfə bombalayıb. Ənsarullah həmçinin Useylan şəhərində koalisiya toplaşmalarına və mövqelərinə çoxsaylı raket hücumları ilə Əl-Əmaləqə qüvvələrindən itkilər almaqda davam edir.

Əl-Əmaləqə qüvvələrinin Mərib döyüşlərindən geri çəkilməsi Səudiyyə koalisiyasının bu bölgələrdəki əməliyyatlarının son vaxtlar dayandırılmasının sübutudur. Təbii ki, bu dayanma Səudiyyə koalisiyasının Məribdəkı fəaliyyətlərinin sonu deyil. İstefa vermiş Mənsur Hadi hökumətinin hərbi rəsmilərinin Mərib şəhərinin cənub cəbhələrinə gündəlik səfərləri, eləcə də Ənsarullah hərbi qüvvə və texnikasının Əl-Bələq yüksəkliklərinə göndərilməsi və s. hər iki tərəfin Mərbin cənub bölgələrini nəzarətdə saxlaması əzmindən xəbər verir. Bu bölgədə gələcək günlərin döyüşləri Yəmən müharibəsinin gedişatında təsirli olacaq.

Daha çox oxuyun:
2021-ci ildə Yəmən cəbhələrindəki son dəyişikliklər + Xəritə

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.