Suriyada baş verən son hadisələr, 1 fevral 2022

Çərşənbə axşamı, 1 Fevral 2022 - 18:35
https://az.iswnews.com/?p=741

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, ABŞ koalisiyasına məxsus 20-dən çox yük maşını İraq Kürdüstanı sərhədindən Suriyanın Həsəkə əyalətindəki ABŞ hərbi bazalarına daxil olub.

1- Hələb

  • Yanvarın 31-də Eyn Əl-Ərəb bölgəsində Rusiya hərbi polisi və Türkiyə ordusu ilə birgə patrul xidməti keçirilib.
  • Yanvarın 31-də Türkiyənin dəstəklədiyi terrorçular Afrinin kənarında 200 zeytun ağacını kəsiblər.
  • Yanvarın 30-da Hələbin şimal ətraflarında Racu bələdiyyə məmuruna məxsus avtomobil bomba ilə partladılıb.
  • Yanvarın 27-də Türkiyənin dəstəklədiyi terrorçular Təl-Rəfət şəhərində kürd silahlilarının mövqelərinə artilleriya zərbələri endirib.

2- İdlib:

  • Yanvarın 31-də İdlibin qərb kənarında, Darkuş ətrafında Əl-Dərya kəndindən “Abdullah Xalid Sakif” adlı suriyalı uşaq türk sərhədçiləri tərəfindən öldürülüb.
  • Fevralın 1-də Əl-Bəra şəhərinin kənarında minanın partlaması nəticəsində 4 mülki şəxs yaralanıb.
  • Yanvarın 29-da Suriya ordusunun əsgəri terrorçular tərəfindən şəhid oldu.

3- Dəmeşq:
Yanvarın 31-də yerli vaxtla səhər saat 3 radələrində İsrail qırıcı təyyarələri Beyrutun şərq səmasından Dəməşqin kənarındakı hədəflərə çoxlu sayda raket zərbəsi endirib və onların əksəriyyəti Suriya ordusunun hava hücumundan müdafiə sistemləri ilə dəf edilib.

4- Dəraa:
Yanvarın 31-də Suriya ordusunun 9-cu diviziyası ilə Rusiya qüvvələri arasında Dəra şəhərinin kənarında birgə təlim keçirilib.

5- Deyr Əz-Zor:
Yanvarın 30-da ABŞ koalisiyası Deyr Əz-Zorun şərq ətraflarında patrul xidməti edib.

6- Həsəkə:

  • Yanvarın 29-da Suriya Demokratik Qüvvələri (SDQ) və Daxili Təhlükəsizlik Qüvvələrinin (YPG) Hasəkənin Ğuveyran məhəlləsində keçirdiyi əməliyyat zamanı Əbu Ubeydə adlı İŞİD-in cəbhə komandiri və 20-yə yaxın İŞİD üzvü Kürd silahlılarına təslim olublar.
  • Fevralın 1-də Amerika koalisiyasına məxsus 20-dən çox yük maşını İraq Kürdüstanı ilə sərhəddən Suriyanın Həsəkə əyalətindəki ABŞ hərbi bazalarına daxil olub.

7- Raqqa:
Yanvarın 30-da Rusiya qırıcı təyyarələri Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarına hücum edib.

8- Yanvarın 24-də Rusiya Müdafiə Nazirliyi Rusiya və Suriya qırıcı təyyarələrinin Suriya sərhədinin hava məkanında və işğal altındakı Qolan yaxınlığında birgə patrul xidməti həyata keçirdiklərini açıqladı.

9- Fevralın 1-də Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkə şəhərində baş verən qarşıdurmalarda həlak olanların sayını açıqladı: Əl-Sənaə həbsxanasının 77 mühafizəçisi və işçisi, 40 kürd silahlısı, 4 mülki vətəndaş və 374 məhbus və İŞİD hücumçuları.

10- Yanvarın 31-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan etdi: Terrorçular bir dəfə İdlib vilayətində atəşkəsi pozublar.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.