17200 hektardan artıq ərazi minalardan təmizlənib

Cümə 20 May 2022 - 00:20
https://az.iswnews.com/?p=7398

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki,
Qarabağ bölgəsində işğaldan azad edilmiş ərazilərdə bu günədək 17200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə ümumilikdə 140 km-dən artıq yeni təminat yolu çəkilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir