Suriyada İsrail qırıcılarına qarşı Rusiya hava hücumundan müdafiə sistemi aktivləşdirilib!

Çərşənbə, 18 May 2022 - 13:54
https://az.iswnews.com/?p=7328

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyada yerləşən Rusiyanın S-300 sistemləri İsrail qırıcılarının Həma əyalətinin Misyaf bölgəsinə hücumuna qarşı aktivləşdirilib.

Mayın 13-də İsrail qırıcıları Misyaf qəsəbəsi və Banias limanı ərazisindəki Suriya Araşdırma Mərkəzlərinə 22 raket atdıqda Suriyanın hava hücumundan müdafiə sistemləri 16 ədəd raketi məhv etmişdir.

Hücumdan bir neçə gün sonra İsrailin Kanal-13 hərbi müxbiri, İsrailin Suriyaya qarşı hücumuna başlayandan bəri ilk dəfə olaraq Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərinin İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarına raket zərbələri endirdiyini açıqlayıb.
İsrail qırıcıları tərəfindən Suriyadakı hədəflərə raketlər atıldıqdan sonra Rusiya sistemləri işə salınıb və İsrail qırıcılarına bir neçə raket atılıb, lakin bu sistemlərin operatorları müdafiə raketlərini İsrail qırıcılarına kilidləməyiblər.
Nəzərə alsaq ki, Rusiya sistemlərinin işə salınması Rusiyanın İsrail hücumlarına ilk cavabı olub, görünür, bu hərəkət yalnız İsrailə xəbərdarlıq etmək üçün atılıb.

Sistemlərin Suriya ordusunun əlində olduğu bildirilsə də, onun bütün əməliyyatları rus zabitlərinin əlindədir.
Rusların bu hərəkətini sionist rejimə mesaj vermək və Rusiyanın İsrailin Suriya səmasında sərbəst fəaliyyət göstərməsi ilə bağlı siyasətlərini dəyişdirmək kimi qiymətləndirmək olar.

Suriyada Rusiya sisteminin aktivləşməsi Ukrayna müharibəsi fonunda İsrail və Rusiya arasında siyasi və hərbi fikir ayrılığının genişləndiyi bir vaxtda baş verib. Rusların mənfi cavabı ilə üzləşən İsrail rejimi Ukrayna ordusuna kömək üçün logistik yük göndərmək niyyətindədir. Bundan əlavə, İsrailin Ukraynaya siyasi dəstəyi, İsrail rəsmilərinin mövqeyi, İsrail xüsusi təyinatlılarının Ukrayna hərbçilərinə təlim keçməsi ilə bağlı xəbərlər Rusiyanı İsraillə münasibətlərinə yenidən baxmağa vadar edəcək məsələlər sırasındadır.
Rusiya ilə İsrail arasında gərginlik getdikcə işğal altındakı Fələstin və Suriya sərhədlərinə də sirayət edərək, son günlər iki tərəf arasında olan çatları daha qabarıq şəkildə göstərir.

Daha çox oxuyun:
Rusiya: Suriyanın hava hücumundan müdafiəsi İsrailin 16 raketini vurub
Sionist rejim Suriyaya hava zərbələri endirib + FOTO

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.