Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

Çərşənbə 18 May 2022 - 12:30
https://az.iswnews.com/?p=7325

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub. Azərbaycan ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir