Əbabil 2 İran PUA-sının istehsal xətti Tacikistanda açılıb + FOTO və VİDEO

Çərşənbə 18 May 2022 - 11:38
https://az.iswnews.com/?p=7314

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tacikistanın paytaxtı Düşənbədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri və Tacikistanın müdafiə naziri general Şir Əli Mirzənin iştirakı ilə İranın Əbabil 2 PUA-nın istehsal xəttinin açılışı olub.

Mayın 16-da səhər saatlarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqiri Tacikistanın müdafiə naziri general Şir Əli Mirzənin rəsmi dəvəti ilə Düşənbəyə səfər edən yüksək səviyyəli hərbi nümayəndə heyətinə rəhbərlik edib.
Səfər iki ölkə arasında Hərbi Əməkdaşlıq üzrə Birgə Komissiyanın əldə etdiyi razılaşmanın həyata keçirilməsi və Tacikistanın yüksək rütbəli siyasi və hərbi rəsmiləri ilə görüşmək məqsədi daşıyıb.
General-mayor Baqiri İran İslam Respublikasının qonşuları ilə əlaqələri inkişaf etdirmək və Tacikistanla hərbi və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək siyasətinə toxunaraq deyib: “İran İslam Respublikası və Tacikistan Respublikası geosiyasi regiondadır və hər iki ölkənin hadisələri bir-birinə təsir edir. Hər iki ölkənin təhlükəsizliyini və sülhünü yaxşılaşdırmaq üçün səfərimiz zamanı hərbi və siyasi rəsmilərlə ikitərəfli görüşlərimiz olacaq və gələcəkdə iki ölkə arasında hərbi müdafiənin bütün səviyyələrində daha çox əməkdaşlıq və qarşılıqlı fəaliyyətin şahidi olacağıq”.

Səfər zamanı general-mayor Baqiri İranın Əbabbil 2 PUA-sının istehsal və montaj zavodunun açılışını edib və açarı simvolik olaraq Tacikistanın müdafiə nazirinə təhvil verib.
Açılış zalında Fotros və Winglong 2 dronlarının (Çin istehsalı) digər görüntüləri də görünür, lakin onların istehsalı və ya istifadəsi ilə bağlı heç bir izahat dərc edilməyib və məlumat verilməyib.

“Əbabil 2” adı İranın təyyarə sənayesi tərəfindən hazırlanmış kəşfiyyat və kamikadze PUA-larından biri olan 100 km uçuş məsafəsi ilə 75-120 dəqiqə uçuş müddəti olan PUA-ya aidir.

Video №1: Əbabil 2 PUA-sının istehsal xəttinin açılış zalında İranın Fotros PUA-sı
Video № 2: Əbabil 2 PUA-sının İstehsal Xəttinin Simvolik Açarının Tacikistan Müdafiə Nazirinə təhvil verilməsi
Video № 3: İran və Tacikistan rəsmiləri Əbabil 2 PUA-sının istehsal xəttinin zalında olublar
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir