Yəmən Silahlı Qüvvələrinin “Yəmən Fırtınası 3” əməliyyatı ilə bağlı bəyanatı

Bazar ertəsi, 31 Yanvar 2022 - 13:07
https://az.iswnews.com/?p=726

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Birləşmiş Ərəb Əmirliklərinə qarşı “Yəmən Fırtınası 3” əməliyyatının təfərrüatlarını açıqlayıb.

Ötən gecə, yanvarın 30-da Birləşmiş Ərəb Əmirliklərinə qarşı həyata keçirilən əməliyyatla bağlı briqada generalı Yəhya Sari deyib:
“Yəmən Silahlı Qüvvələri Uca Allahın köməyi ilə kiçik düşmən ölkə olan BƏƏ-nin mühüm yerlərinə “Yəmən Fırtınası 3” əməliyyatı həyata keçirib, onun təfərrüatları belədir:
Bir sıra Zülfiqar ballistik raketləri ilə Abu Dabidəki mühüm hədəflərə hücum olundu.
Bir sıra Səmad 3 PUA-ı ilə Dubay Əmirliyində həssas hədəflərə hücum olundu.

Allahın köməyi ilə bu əməliyyat öz məqsədlərinə uğurla çatdı. İsrail düşməninin əl-altıları Əbu-Dabi və Dubayda xalqımıza və ölkəmizə hücum etməyə davam etdikcə bu ölkə təhlükəsiz qalacaq.

Buna görə də vətəndaşlara və şirkətlərə xəbərdarlıq edirik ki, kritik yerlərdən və obyektlərdən uzaq olsunlar. Çünki bu hədəflər gələcəkdə hücumlara məruz qala bilər.
Böyük Yəmən xalqının mühasirədən əziyyət çəkdiyini və təcavüzkarların onlara qarşı cinayətlərinin artdığını görəndə silahlı qüvvələr boş oturmayacaqlar.
Uca Allahın köməyi ilə əziz Yəmənin qanuni müdafiəsi müharibənin sonuna və mühasirə götürülənə qədər davam edəcək və Allah bizim dediklərimizə şahiddir”.

Bu, son günlər Yəmənin BƏƏ-yə qarşı Yəmən Fırtınası əməliyyatlarının üçüncü mərhələsidir. Yanvarın 17-də və yanvarın 24-də keçirilən son iki əməliyyatda Ənsarullah Əbu-Dabi, Dubay və Səudiyyə Ərəbistanının cənub şəhərlərində Səudiyyə koalisiyasının mövqelərini hədəfə alıb və bu, həmin ərazilərdə geniş iqtisadi və siyasi təhlükəsizliyə səbəb olub.

Daha çox oxuyun:
“Yəmən Fırtınası 2” əməliyyatının təfərrüatları
Yəmən Silahlı Qüvvələri BƏƏ-yə qarşı “Yəmən Fırtınası” əməliyyatının təfərrüatlarını açıqlayıb

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.