Yəməndə baş verən son hadisələr, 16 May 2022

Bazar ertəsi 16 May 2022 - 23:48
https://az.iswnews.com/?p=7239

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səna hava limanından İordaniyanın paytaxtı Əmman hava limanına ilk ekonomi uçuşu BMT-nin elan etdiyi atəşkəs razılaşmasına uyğun olaraq həyata keçirilib.

1- Səədə:
Mayın 12-də yerli mənbələr Səudiyyə sərhədçiləri tərəfindən Mənbe şəhərinin əl-Raqo sərhəd bölgəsində yeddi mülki şəxsin şəhid olması barədə məlumat yayıb. Bu insanlar əvvəlcə elektriklə işgəncələrə məruz qalıb, sonra şəhid olublar.

2- Mərib:
Səudiyyə Ərəbistanına bağlı medialar Ənsarullahın pilotsuz təyyarəsinin Rəğvan şəhəri mərkəzində Şeyx Həsən Məhəmməd Şəfanın evinə hücum etdiyini bildiriblər. Hücum zamanı 3 nəfər yaralanıb.

3- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 108 dəfə pozublar.

4- Ədən:
Mayın 15-də Səudiyyə koalisiya qüvvələrinin Yəmənin dördüncü hərbi zonasında Ədən şəhərinin əl-Mala bölgəsində birgə əməliyyatının rəhbəri briqada generalı Saleh Əli Həsənin öldürülməsi uğursuzluqla nəticələnib.

Ədəndə bomba yüklü avtomobilin şəkli

5- Əl-Zale:
– Mayın 15-də yerli mənbələr Zale şəhərində partlayış səsi barədə məlumat veriblər.
– Mayın 16-da Hizamul-Əmni qüvvələri Əl-Faxir bölgəsində Ənsarullaha məxsus pilotsuz təyyarəni vurduqlarını iddia ediblər.

Əl-Faxir bölgəsində vurulan Ənsarullah pilotsuz təyyarəsinin şəkli

6- Şəbvə:
– Mayın 15-də naməlum silahlı şəxslər Mifə şəhərinin Şaqə məntəqəsində neft kəmərini partladıblar.
– Ətəq şəhərində Şəbvə əyalətinin qubernatorluq binasının kənarında baş verən partlayış nəticəsində Şəbvənin yeni qubernatoru “İvəd İbn Əl-Vəzir”in qüvvələrinə kiçik tələfat və zərər dəyib.

7- Səna:
– Mayın 16-da yerli vaxtla səhər saat 8:00-da Səna hava limanından İordaniyanın paytaxtı Əmman hava limanına ilk ekonomi reysi həyata keçirilib.
– Səna hava limanının rəhbərliyinin açıqlamalarına görə, Səudiyyə koalisiyası buna mane olmasa, 18 may və 25 iyun tarixlərində Əmman hava limanına ikinci və üçüncü reyslər həyata keçiriləcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir