Taliban və Tacikistan arasında ilk sərhəd qarşıdurması baş verib

Bazar ertəsi 16 May 2022 - 22:13
https://az.iswnews.com/?p=7189

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban və Tacikistan sərhəd qüvvələri arasında şifahi gərginlikdən sonra iki tərəf arasında bir neçə saat silahlı qarşıdurma olub.

Mayın 15-də Taliban silahlılarının Kunduz əyalətinin İmam Sahib rayonundakı Şir Xan sərhəd keçid məntəqəsi yaxınlığında tacik sərhədçi ilə sözlü gərginliklərindən sonra onlar Tacikistan sərhəd postunu atəşə tutublar. Taliban hərbçilərinin atəşə tutması dörd saatdan çox davam edən tacik hərbçilərinin cavabı ilə qarşılanıb. Münaqişənin uzun sürməsinə baxmayaraq, tərəflər itkilər barədə məlumat verməyiblər.

Bu, ilk dəfədir ki, Taliban silahlıları Tacikistan hərbçiləri ilə birbaşa silahlı münaqişədə olublar. Əfqanıstanda hakimiyyət dəyişdikdən sonra Taliban silahlıları Pakistan, İran, Özbəkistan və Türkmənistan da daxil olmaqla qonşu ölkələrlə dəfələrlə qarşıdurma yaşayıblar ki, bu da onlara mənsub qüvvələrin yanlış fəaliyyətlər etmələrini və beynəlxalq və sərhəd qanunlarından xəbərsiz olduqlarını göstərir.

Daha çox oxuyun:
İŞİD Tacikistanla sərhəd bölgələrə raket zərbələri endirib
Taliban Tacikistan və Özbəkistana xəbərdarlıq edib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir