Dörd ildən sonra Qəzzada öldürülən sionist zabitin kimliyi açıqlanıb!

Bazar ertəsi 16 May 2022 - 12:12
https://az.iswnews.com/?p=7179

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim dörd ildən sonra Qəzza zolağında Xan Yunis əməliyyatında iştirak edən Sayert Metkel bölməsinin öldürülən zabitinin kimliyini açıqlayıb.

11 noyabr 2018-ci il tarixində bir qrup İsrailli komandoları şəxsi avtomobillə bəzi Fələstin müqavimət komandirlərinə sui-qəsd məqsədi ilə Xan Yunis məntəqəsinin 3 kilometrliyinə daxil olub Şəhid İsmayıl Əbu Şənəb məscidi ərazisində sui-qəsd əməliyyatı həyata keçirmişdilər. Bu müvəffəq olmayan əməliyyatın nəticəsində HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam taborlarının yüksək səviyyəli komandiri Nuruddin Məhəmməd Səlamə Bərəkə və başqa bir neçə nəfər şəhid edilmişdir.
Bu mürəkkəb əməliyyatın ifşa olunması və işğalçı qüvvələrin Fələstin müqaviməti tərəfindən təqib edilməsindən sonra sionist rejimin yüksək rütbəli hərbçilərindən biri öldürülür və digər İsrail komandoları İsrail hava qüvvələrinin dəstəyi ilə hərbi sursatlarını tərk etməyə məcbur olub ərazini tərk edirlər.

İndi, 4 ildən sonra ibrani mediaları Xan Yunisdə öldürülən şəxsin hərbi kimliyini açıqlayıb. Podpolkovnik Mahmud Xeyrəddin 1997-ci ildə Kəşfiyyat Batalyonunun Paraşütçülər qisminə daxil olan və 2002-ci ildən Hərbi Kəşfiyyat Əməliyyatı Bölməsində əsgər, zabit və komandir kimi xidmət edən Sayert Metkel Bölməsinin zabitlərindən biri olub.

İsrail ordusunun hərbi kəşfiyyat komandiri Aharon Haliva uzun müddətdən sonra bu şəxsin adının açıqlanması səbəbi ilə bağlı bunları deyib: “Əməliyyatın digər üzvləri ilə bağlı (açıqlanmaları) bir sıra narahatlıqlar və həssaslıqlar var, lakin bu şəxsin adının və şəkillərinin açıqlanmasına qərar verildi”.

“Sayert Metkel” bölməsinin zabitlərindən podpolkovnik Mahmud Xeyrəddin
Əl-Qəssam taborları Xan Yunis əməliyyatında iştirak edən İsrail qüvvələrinin məlumatlarını paylaşdığı zaman Mahmud Xeyrəddinin şəkilidə orada dərc edilmişdir.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir