İsrail ordusu Cənin düşərgəsinə basqın edib; Bir Sionist zabit öldürüldü + VİDEO və FOTO

Şənbə 14 May 2022 - 23:26
https://az.iswnews.com/?p=7083

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail hərbçilərinin Cənin düşərgəsinə hücumu zamanı rejim ordusunun xüsusi bölməsinin qüvvələrindən biri müqavimət döyüşçüləri tərəfindən öldürülüb.

Mayın 13-də səhər tezdən İsrail qüvvələri Cənin düşərgəsinə basqın edərək, Mahmud əd-Debi adlı fələstinli mücahidin evini mühasirəyə alıblar. Əd-Debi təslim olmaqdan imtina etdikdən sonra İsrail əsgərləri onun evinə minaatanlardan hücum ediblər. İsrail medialarının yazdığına görə, Mahmud əd-Debi Cənin batalyonu haqqında çox mühüm məlumata malik olduğu və “İsrail” üçün böyük əhəmiyyət kəsb etdiyi üçün İsrail qüvvələrinə diri həbs etmək əmri verilibmiş.
Nəhayət, bir neçə saatlıq müqavimətdən sonra Mahmud əd-Debi İsrail qüvvələri tərəfindən həbs edilib.

Cənin batalyonunun hərbi sözçüsü Əbu Məaz sionist rejimə xəbərdarlıq edib ki, qəhrəman Fələstin mücahidlərinə qarşı cinayətlərinin əvəzini ödəyəcək.

Hücum zamanı Cənində İsrail qüvvələri ilə müqavimət qüvvələri arasında şiddətli qarşıdurmalar baş verib. Bir sionist hərbçi İsrail qüvvələrinin Cənin düşərgəsinə basqın zamanı fələstinli mücahidlərin atəşə tutmasının misilsiz olduğunu və bu qüvvələrə minlərlə güllənin atıldığını bildirib. “Biz son 20 ildə belə bir şey görməmişdik” deyə o bildirib.

Cənin düşərgəsində sionistlərlə Əl-Qüds bölükləri mücahidləri arasında atışma nəticəsində “Yamam” bölməsinin qüvvələrindən olan “mayor Nəvam Raz” adlı israilli zabit ağır yaralanıb və tibb mərkəzinə aparılıb. Lakin aldığı xəsarətlərin güclü olması səbəbindən ölüb. Toqquşmalarda daha 3 İsrail əsgərinin yaralandığı bildirilir.

İsrail zabitinin Cənində yaralandığı an
Ölən İsrail zabiti
İsrail ordusunun Mahmud əd-Debinin evinə hücumunun ziyanları
İsrail qüvvələrinin Cənin düşərgəsindəki videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir