Əfqanıstanda baş verən son hadisələr, 14 May 2022

Şənbə 14 May 2022 - 22:54
https://az.iswnews.com/?p=7076

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dərre, Şətəl və Rəvxə şəhərlərində Əhməd Məsud ilə Taliban qüvvələri arasında baş verən son qarşıdurmalarda 30-dan çox Taliban üzvü ölüb və yaralanıb.

1- Pəncşir:
– Dərre şəhərinin Tavax məhəlləsində, Şətəl şəhərinin Ruy Dərre məhəlləsində və Rəvxə şəhərinin Sefid Qovl məhəlləsində Əhməd Məsud ilə Taliban qüvvələri arasında son qarşıdurmalar nəticəsində 30-dan çox Taliban üzvü öldürülüb və yaralanıb.
– Mayın 7-də Dərre şəhərində Taliban Təhlükəsizlik Xidmətinin sədri və Talibanın cəbhə komandirlərindən biri olan Məlik Xan, onun tabeliyində olan qüvvələrlə birlikdə Əhməd Məsudun qüvvələrinə qoşuldu.
– Mayın 9-da yerli mənbələr Dərre Abdullah Xeyl məntəqəsində Talibanın müdafiə nazirinin müavini Movləvi Zakir Qəyyumun komandanlığı altında Taliban qüvvələri tərəfindən qadın və uşaqlar da daxil olmaqla 15 mülki şəxsin atəşə tutulması barədə məlumat yayıblar.
– Mayın 11-də Taliban silahlıları Tənxu məhəlləsində keçmiş Müdafiə Nazirliyinin zabitini və Dərre şəhərinin Cəhrəli məhəlləsində bir mülki vətəndaşı güllələyərək öldürüblər.

Video №1: Əhməd Məsud qüvvələrinin Taliban silahlılarına hücum etməsi
Video №2: Əhməd Məsud qüvvələrinin Taliban silahlılarına hücum etməsi
Video №3: Taliban silahlıları Şətəl şəhərinin yüksəkliklərində

2- Bədəxşan:
Mayın 7-də Qəndəharda yerləşən Taliban ilə yerli Taliban arasında Bəharək şəhərinin Şivə bölgəsində qızıl mədənini ələ keçirməklə bağlı toqquşmada 6 nəfər həlak olub.

3- Bəğlan:
– Mayın 6-da Azadlıq Cəbhəsi qüvvələri Bəğlan şəhərinin mərkəzində əməliyyatlar üzrə rəis müavini “Movləvi Əbdül Rəhman Bəhir”i öldürüblər.
– Mayın 8-də Taliban silahlıları Pul-e-Xumrinin birinci rayonunda keçmiş 207-ci Zəfər diviziyasının komandiri “polkovnik Məhəmməd Əmin Borumand”ı həbs ediblər.
– Mayın 8-də Əfqanıstan Azadlıq Cəbhəsi qüvvələri ilə Taliban arasında Xeyr Dərre, Kase Təraş və Dərre Cer bölgələrində baş verən toqquşmalarda 15 Taliban üzvü öldürülüb, 6 Taliban üzvü isə yaralanıb.
– Mayın 10-da Dərre Qasan məntəqəsində Taliban silahlıları daşıyan avtomobilin partlaması nəticəsində 4 Taliban üzvü həlak olub.
– Taliban silahlıları Pol-e Hesarın Dərre-Şu məhəlləsində iki tələbəni və Əndərabın Deh Miran bölgəsində bir qadın və Karşabad məntəqəsində biri də daxil olmaqla üç mülki vətəndaşı güllələyərək öldürüblər.
– Mayın 11-də Əfqanıstan Azadlıq Cəbhəsi qüvvələrinin Xost və Fərənq şəhərlərində Taliban mövqelərinə partizan hücumları nəticəsində yeddi Taliban üzvü öldürülüb, dörd nəfər yaralanıb.
– Mayın 12-də müdafiə nazirinin müavini Molla Fazil Məzlumun və Talibanın qubernatoru Qari Bəxtiyar Məazın komandanlığı altında Taliban silahlıları Əhməd Məsudun qüvvələrinin Dərre Qasan və Dərre Xamuş məntəqələrindəki mövqelərinə hücum ediblər. Hücumda Talibana hərbi helikopterlər də dəstək verib.

4- Bəlx:
– Mayın 7-də “Əta Məhəmməd Nur”un başçılıq etdiyi “Nur Cəmiyyəti” qüvvələrinin daha üç qrupu Talibanla döyüşmək məqsədi ilə Məzari-Şərif şəhərində mövcud olduqlarını elan etdilər.
– Mayın 7-də Taliban Təhlükəsizlik Xidməti qüvvələri Əhməd Məsudun qüvvələrinin iki üzvünü həbs etdi və Taliban iki nəfərdən 20 maqnit minası və bir tapança ələ keçirdi.
– Mayın 11-də Taliban silahlıları Marmal şəhərindəki iki mülki vətəndaşı, Şərif Şah və Həbib-ur-Rəhman Mohacerini güllələyiblər.
– Mayın 7-də Taliban Təhlükəsizlik Xidməti qüvvələri Məzari-Şərifin beşinci rayonunda Əhməd Məsudun iki qüvvəsini həbs edib. Taliban hər iki şəxsdən 20 maqnit minası və bir Kalaşnikov tüfəngini ələ keçirib.

5- Ərzəqən:
Mayın 6-da naməlum silahlı şəxslər Dehravod şəhərinin Siyah Sənq məhəlləsində keçmiş hökumət əsgərləri olan ata və oğlunu güllələyərək öldürüblər.

6- Təxar:
– Mayın 6-da Movləvi Darab və Dr. Davud adlı iki tacik Taliban komandiri Əhməd Məsudun qüvvələri ilə döyüşməkdən imtina edərək, puştun taliban qüvvələri ilə toqquşdular.
– Mayın 9-da Taliban qüvvələri keçmiş hökumətin Versac şəhərinin qubernatoru Movləvi Qafurini Əhməd Məsud qüvvələri ilə əməkdaşlıq etməkdə ittiham edərək həbs edib və ona işgəncə veriblər.
– Mayın 10-da Taliban silahlıları Taliqan şəhərində “Əzimullah” adlı mülki vətəndaşı güllələyərək öldürüblər. Əzimullahın qardaşı əvvəlki hökumətdə Daxili İşlər Nazirliyinin işçisi olub.

7- Səmənqan:
Mayın 9-da Taliban silahlıları Həzrət Sultan şəhərinin Tondorak bölgəsində Taliban əleyhinə qruplaşmanın cəbhə komandirlərindən biri Əcəb Xanı qətlə yetiriblər.

8- Faryab:
Mayın 9-da naməlum silahlı şəxslər Almar şəhərinin Ticəm məhəlləsində “Şah Vəli Xəttab” adlı Taliban silahlısını öldürüblər.

9- Qəndəhar:
Mayın 8-də Taliban Müdafiə Nazirliyinin rəsmiləri Dərre şəhərində Əhməd Məsudun qüvvələri ilə döyüşlərdə öldürülən 20 taliban silahlısının cəsədini Qəndəhar şəhərinə köçürərək orada dəfn ediblər.

10- Kabil:
– Mayın 7-də Azadeqan Cəbhəsi qüvvələri Kabilin 13-cü məhəlləsindəki Əfşar bazarı məhəlləsində Taliban qüvvələrini daşıyan avtomobilə hücum ediblər. Hücum nəticəsində üç Taliban silahlısı öldürülüb.
– Mayın 13-də Kabilin beşinci rayonundakı Həzrət Əyyub (ə) Məscidində cümə namazı zamanı bombanın partlaması nəticəsində bir nəfər şəhid olub, 13-dən çox insan yaralanıb.

Video: Kabildə Həzrət Əyyub (ə) məscidində partlayış

11- Kapisa:
Mayın 9-da Əhməd Məsud qüvvələri bir neçə raketlə Mahmud Raqi şəhərində Taliban qubernatorluğuna hücum edib.

12- Meydane Vərdək:
Mayın 10-da naməlum silahlı şəxslər Behsud şəhərinin Siyah Sənq məhəlləsində iki Taliban silahlısını qətlə yetiriblər.

13- Hərat:
Mayın 6-da naməlum silahlı şəxslər Hərat şəhərinin Xacə Taq məhəlləsində iki Taliban silahlısını qətlə yetiriblər.

Daha çox oxuyun:
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 6 May 2022
Pəncşir və Bəğlanda baş verən son hadisələr, 9 May 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir