Hələbin qərbində Əhrar əş-Şam terrorçuları tərəfindən 10 suriyalı əsgər şəhid edilib + VİDEO və FOTO

Şənbə 14 May 2022 - 16:50
https://az.iswnews.com/?p=7065

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhrar əş-Şam terrorçualarının Hələbin qərbində Suriya Milli Müdafiə Qüvvələrini daşıyan avtobusa tank əleyhinə idarə olunan raketlə hücumu nəticəsində 10 Suriya əsgər şəhid olub, 9-u yaralanıb.

Mayın 13-də “Cibhətul-Vətəniyyə-littəhrir” koalisiyasına daxil olan Əhrar əş-Şam terrorçuları Hələbin qərbində Əncara cəbhəsində Suriya Milli Müdafiə Qüvvələrini daşıyan avtobusu tank əleyhinə idarə olunan raketlərlə hədəfə alıblar. Hücum nəticəsində Suriyanın 10 milli müdafiə qüvvəsi şəhid olub və 9 nəfəri yaralanıb.

Hələb vilayətinin şiələr yaşayan Nubbul və Əz-Zəhra qəsəbələrində şəhidlərin dəfn mərasimi ilə eyni vaxtda Türkiyənin dəstəklədiyi terrorçular Nubbul və Əz-Zəhra qəsəbələrini artilleriya atəşinə tutublar. Nəticədə 12 yaşlı suriyalı uşaq Əli Hüseyn Hacı İsa şəhid olub və Mehdi Səid adlı daha 12 yaşlı uşaq isə yaralanıb.

Buna cavab olaraq Suriya ordusu Hələbin şimalında terrorçuların mövqelərini hava və artilleriya zərbələri ilə hədəfə alıb. Həlak olan terrorçuların sayı barədə məlumat yoxdur.

Keyfiyyətli xəritə

Əhrar əş-Şam terrorçularının Suriya Milli Müdafiə Qüvvələrini daşıyan avtobusu hədəf aldıqları video
Terrorçuların hədəfinə tuş gəldikdən sonra Suriya Milli Müdafiə Qüvvələrini daşıyan avtobusun şəkli
Ancarada törədilən terror aktı şəhidlərinin şəkilləri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir