Sionist rejim Suriyaya hava zərbələri endirib + FOTO

Cümə 13 May 2022 - 22:58
https://az.iswnews.com/?p=7045

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail qırıcı təyyarələri Suriyanın mərkəzindəki hədəflərə bir neçə sayda raket zərbələri endirib.

Suriya hərbi mənbəsinin məlumatına görə, bu gün (cümə günü) yerli vaxtla saat 20:23 radələrində düşmən İsrail Aralıq dənizindən Baniasın qərbində, Suriyanın bəzi mərkəzi hissələrini hədəfə alaraq bir neçə raket atıb, Suriyanın hava hücumundan müdafiəsi onlara qarşı müqavimət göstərib. Hücum nəticəsində biri mülki vətəndaş olmaqla 5 nəfər şəhid olub, 7 nəfər yaralanıb.
Raketlərin bəziləri Mesyaf ətrafı kənd təsərrüfatı torpaqlarına düşüb və ziyan vurub.

Hücumun Həma vilayətinin Mesyaf şəhərində yerləşən elmi tədqiqat mərkəzinə qarşı törədildiyi bildirilir.

Aprelin 27-də İsrail qırıcı təyyarələri Təbəriyyə gölündən Dəməşq ətrafındakı ərazilərə raket zərbələri endirmiş, nəticədə 4 suriyalı əsgər şəhid olmuş, 3-ü isə yaralanmışdır.

Daha çox oxuyun:
Sionist rejimin Dəməşqə hava hücumu + FOTO və VİDEO
İnfoqrafik: 2021-ci ildə İsrailin Suriyaya hava və raket hücumları

İsrailin Suriyaya endirdiyi hava hücumunda şəhid olanların şəkli
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir