Tariq Saleh və İdrus Əl-Zubaidi arasında hakimiyyət davası yeni mərhələyə çatıb

Cümə 13 May 2022 - 16:07
https://az.iswnews.com/?p=7025

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Şəbvə və Ədən əyalətlərində Cənub Keçid Şurası və Vətənpərvər Müqavimət Qüvvələri liderləri arasında gərginlik istefa vermiş Yəmən hökumətinin Prezident Şurasının üzvləri arasında hakimiyyət uğrunda gedən mübarizədən sonra artıb.

Cənub Keçid Şurasının üzvləri tərəfindən Ədəndə Prezident Qvardiyasının 20 üzvünün həbsindən sonra Yəmənin işğal olunmuş ərazilərində Tariq Salehin tərəfdarları ilə İdrus Əl-Zubaidi tərəfdarları arasında yenidən gərginliklər başlayıb. Qoşunlarının həbsinə cavab olaraq, Tariq Saleh cənublu silahlılarla qarşıdurma əmri verib. Bu əmrlə Tariq Salehin komandanlığı altında olan Əl-Əmaləqə qüvvələri cavab olaraq Şəbvə vilayətinin mərkəzi Ətəq şəhərində Cənub Keçid Şurasının 5 üzvünü həbs edib.

Əbdrəbə Mənsur Hadinin istefasından sonra istefa vermiş hökumətin Prezident Şurasının üzvləri, o cümlədən Tariq Saleh və İdrus Əl-Zubaidi arasında hakimiyyət uğrunda mübarizə daha da şiddətlənib. Rəqabət aprelin 17-də Mərib və Şəbvə əyalətlərinin neft ehtiyatlarına nəzarətlə bağlı gərginliklə başlayıb və Cənub Keçid Şurasının Tariq Salehi həbs etməklə hədələdiyi dünənə qədər davam edib. Təhdiddən əvvəl Cənub Keçid Şurası Tariq Salehin qüvvələrinin Ədənə daxil olmasına etiraz edib və Ədənə sızmağa davam edərsə, onun həbs ediləcəyi barədə xəbərdarlıq edib.

Təhlükə ilə eyni vaxtda Cənub Keçid Şurasının silahlılarından biri Salem Seif ər-Radfani Ədən şəhərində qətlə yetirilib. Yəmənin cənubundakı xəbər mənbələri sui-qəsdin Tariq Salehə bağlı agentlər tərəfindən həyata keçirildiyini güman edirlər. Həmçinin Ətəq şəhərində Cənub Keçid Şurasının qüvvələri ilə Şəbvə qubernatoru Avad əl-Əvlaki arasında daha bir toqquşma olub, nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

Mənsur Hadi tərəfdarlarının və İslahat Partiyasının zəifləməsi Yəmən müxalifətində digər cərəyanların gücünün artmasına səbəb olub. Bu, Tariq Saleh və İdrus Əl-Zubaidi də daxil olmaqla BƏƏ-yə bağlı fraksiyalar arasında hakimiyyət mübarizəsinə səbəb olub və cənub bölgələrindəki bu nüfuzlu şəxslərin hər biri xarici dəstəyi, xüsusən də BƏƏ şeyxlərini cəlb etmək üçün daha çox güc axtarır.

Qeyd edək ki, “Vətənpərvər Müqavimət” Yəmənin cənub-qərbində Tariq Salehin rəhbərlik etdiyi, on min nəfərdən çox qüvvəsi olan və bir neçə qrupdan ibarət silahlı təşkilatdır. Bu təşkilata Əli Abdullah Salehin Prezident Qvardiyasının keçmiş üzvləri, Səna hökumətindən ayrılan ordu əsgərləri və təhlükəsizlik qüvvələri, əl-əmaləqə və əl-Təhamə qüvvələri daxildirlər.

Daha çox oxuyun:
Yəmənin istefa vermiş hökumətinin Prezident Şurasında İslahat partiyası müxalifətçilik edir
Yəmənin cənubluları ilə Tariq Saleh qüvvələrinin Şəbvə neft yataqlarına nəzarət üçün yaranan çəkişmələri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir