Prezidentin Mətbuat Xidmətinin məlumatı

Cümə axşamı 12 May 2022 - 23:19
https://az.iswnews.com/?p=7021

“İslam dünyası xəbərləri” informasiya agentliyi Azərtac-a istinadən xəbər verir ki, mayın 11-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında ABŞ Dövlət katibi Antoni Blinken Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, həmçinin bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir