Səudiyyə Ərəbistanı Krallığı Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib + FOTO

Çərşənbə 11 May 2022 - 23:00
https://az.iswnews.com/?p=6986

“İslam dünyası xəbərləri” informasiya agentliyi Azərtac-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Bu gün mayın 11-də Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru ilə birgə gələn nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin müşayiəti ilə Füzuli şəhərinə və Şuşaya səfər ediblər.
Qonaqlar əvvəlcə “Qarabağın hava qapısı” hesab olunan sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub. Onlara ən müasir və beynəlxalq standartlara cavab verən aeroportda yaradılmış şərait barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olub. Aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin “Böyük qayıdış”a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması olduğu diqqətə çatdırılıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir