Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yetmiş Yeddinci Günü, 11 May 2022

Çərşənbə, 11 May 2022 - 22:08
https://az.iswnews.com/?p=6949

– Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Almaniyanın xarici işlər naziri Annalna Berbuk mayın 10-da Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın xarici işlər naziri Dmitri Kolba ilə görüşmək üçün Kiyevə gəlib.
“Almaniya Rusiyanın enerji resurslarından asılılığını daimi olaraq sıfıra endirəcək”, – o, görüşlər zamanı bildirib.
Berbuk əlavə edib: ”Rusiyaya qarşı sanksiyalar Almaniyaya kölgə salsa belə, ləğv edilə bilməz. Növbəti addım PUA-lara qarşı müdafiə qabiliyyətinə malik “Haubits” özüyeriyən tank və topların təmin edilməsi olacaq. Almaniya və Hollandiya bu Haubitsa toplarını Ukraynaya birgə tədarük edəcəklər, çünki biz təkbaşına bütün avadanlıqları təmin edə bilmirik və artilleriya sistemlərinin çatışmazlığı ilə üzləşirik. Lakin Almaniya Ukraynaya yeddi “Haubitsa” artilleriya qurğusu verəcək və eyni zamanda Ukrayna qüvvələrinin təliminə başlayacaq”.
O, həmçinin Almaniyanın Kiyevdəki səfirliyinin yenidən açılması prosesinin çərşənbə axşamı başlayacağını açıqlayıb.
Səfər zamanı Berbuk Kiyevin qərbində müharibədə zərər çəkən ərazilərə də baş çəkib və Buça qətliamının qurbanlarının anım mərasimində şam yandırıb.

– Ukrayna qüvvələrinin Ternova bölgəsində irəlilədiyi barədə məlumatlar var. Əgər bu xəbər doğrudursa, Vçansk vilayətindən gələn Rusiya ordusunun logistik xətti təsirlənəcək. Həmçinin Xarkovun şimalında, Slobojansk kəndində Ukrayna və Rusiya qüvvələri arasında toqquşmalar davam edir.
Ukraynanın bu cəbhə üzrə hücumlar həyata keçirməkdə məqsədi Rusiya qüvvələrini sərhədlərə qədər geri çəkilməyə məcbur etmək və bununla da Rusiya ərazisinə daha rahat və uzaq məsafəyəcən artilleriyadan istifadə etməkdir.

Baxmaq üçün klikləyin: Onlayn xəritə

– Dünən, mayın 10-da günortadan sonra Rusiya qırıcı təyyarələri Sami vilayətinin şimalındakı Voronej şəhəri yaxınlığındakı Ukrayna hərbi bazasına iki hava-yer raketi atıblar.
Çox güman ki, Ukrayna hərbçiləri həmin ərazidən hərbi texnika üçün baza kimi istifadə ediblər. Son günlər Ukrayna ordusu Rusiyanın qərbindəki Bryansk və Kursk sərhəd vilayətlərini Sami vilayətinin sərhədlərindən atəşə tutur.

– Rusiya ordusunun Odessaya raket hücumları davam edir!

Rusiya ordusunun raket zərbələri son həftələr artıb. Bu hücumların ən mühümlərindən biri olan mayın 9 və 10-da iki sahilyanı hoteli (Grande Pettine) və bir ticarət mərkəzi Rusiya raketləri ilə güclü hücuma məruz qaldı.
Rusiya mənbələri Ukrayna ordusunun bu yerlərdən məsləhətçilər və NATO tərəfindən göndərilən silahlar üçün baza kimi istifadə etdiyini, Ukrayna mənbələri isə itkilərin 1 ölü və 5 yaralı olduğunu bildirərək iddiaları təkzib edib. Bu mətbuatlar həmçinin iddia ediblər ki, Rusiya hərbçiləri Ukrayna müharibəsində ikinci dəfə hücumlarda səsdən sürətli Kh-47M2 Kinjal raketlərindən istifadə edib.
Grande Pettine hotelinin koordinatı:
46.378093, 30.750314

77 günlük müharibədən sonra Ukraynada son hərbi vəziyyət

– Severodonetskin qərb cəbhəsində son döyüşlər zamanı Ukrayna ordusunun raket hücumu nəticəsində dağıdılan Rusiya ordusunun Sorovski Donetsk çayı üzərindəki Pantone körpüsünün şəkilləri.
Körpü Rusiya zirehli texnikasının Sorovski Donetsk çayını keçməsi və Luqansk vilayətinin Biloxoryuka rayonunun şimal cəbhəsinə hücumu üçün icad edilib.
Körpünün icad olunan sahəsinin koordinatı:
48.950469, 38.2221234

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.