Hizbullahın baş katibi: Vətəndaş müharibəsi müqavimətin qırmızı xəttidir

Çərşənbə 11 May 2022 - 18:15
https://az.iswnews.com/?p=6912

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, çərşənbə axşamı, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutda hərəkatın seçki konfransında çıxış edib.

Seyid Həsən çıxışının əvvəlində Beyrut xalqının müqavimətə dəstək üçün bir araya gəlməsini yüksək qiymətləndirib və deyib: Xalqın bu gün və dünən geniş şəkildə iştirakı bütün müqavimət düşmənlərinə bir mesajdır və müqavimət daxili muzdlulara və sionist rejiminə təslim olmayacaq. Livandan kənarda müqavimətə səs verən bütün Livan vətəndaşlarına təşəkkür edirəm.

Nəsrullah terrorçuluq ittihamı müqavimətin bahasıdır deyərək bildirib ki, biz düşmənə, onun mesajlarına və baş nazirinin sözlərinə inanmırıq. Bu səbəbdən bizim hazırlığımız sionist rejimin manevrləri bitənə qədər güclü olacaq.

Hizbullahın baş katibi Livana heç bir təcavüz və hücuma icazə verməyəcəklərini vurğulayaraq əlavə edib: İsrailin manevrini izləyən qardaşlara demək istəyirəm ki, sionist düşmənin baş naziri manevri izləmək üçün getdi və bəyan etdi ki, rejim heç kimlə qarşılaşmaq istəmir. Bu mesaj müqavimət üçündür və düşmən bilir ki, müqavimət sözlərində səmimidir və istənilən təcavüzə cavab verəcəkdir.

Nəsrullah Livandakı məzhəb və dini müxtəlifliyə toxunaraq əlavə edib: Keçmişdə bir çoxları bir çox dəyişiklik etməyə çalışdı, lakin ölkə vətəndaş müharibəsinə getmədi. Vətəndaş müharibəsi qırmızı xəttdir və buna israr edən hər kəs satqın hesab edilməlidir. Bizim istədiyimiz ədalətli və güclü ölkə qurmaqdır və bunu biz 2009-cu ildə siyasi sənədimizdə demişdik.

O, daha sonra Livanın şərqə və qərbə doğru hərəkət etmə siyasətinə işarə edərək deyib ki, hökumət ABŞ-ın xeyrinə Şərq şirkətlərinə qapılarını açmamaqda israrlı idi. Mən Şərq və Qərb siyasətini və hökumətin ABŞ naminə Şərq şirkətlərinə qapı açmamaqda israrını xatırlayıram və bu, bizim irəliləyiş əldə etməyəcəyimiz deməkdir.

Seyid Həsən deyib: Livan dənizində xəzinəmiz var, amma insanlar acdılar və borc içindədilər, köç edirlər, lakin Livan öz xəzinəsini çıxarmağa çalışsa, xüsusilə cənub sularında ən azı on milyardlarla dollar qazanacaq. Niyə bu xəzinəni çıxarmayaq? Kimdən qorxursunuz? Amerikadan? Niyə İsrail mübahisəli ərazilərdə sərhədin çəkilib qazılmasını gözləmir? Livan niyə öz suları və sərhədləri daxilində işləmir? Mən deyirəm ki, Livan sularda özünə məxsus bildiyi ərazilərdə və hətta mübahisəli ərazilərdə qazmaq hüququ var.

Nəsrullah Livan xalqına müraciət edərək deyib: Ey Livan xalqı, siz iki tərəflə üz-üzəsiniz; Bir tərəf daxili əmin-amanlıq tələb edir və onun üçün canını fəda edir və ət-Təyyunə məntəqəsində öldürülür, lakin bu sülhə görə şəhidlər və yaralılarını bölgədən çıxarır; Baxmayaraq ki, qisas ala bilir. Digər tərəf isə xaricə xidmət göstərən tərəfdir. Qəribə olan budur ki, silahı olan, onunla öldürən (cinayət edən), vətəndaş müharibəsinə hazır olanlar (müqaviməti) tərksilah etmək istəyirlər.

Hizbullahın baş katibi hərəkatın diplomatik əlaqələrindən istifadə edərək Livana muzdlu olmadan qüdrəti qaytaracağını vurğulayaraq bildirib: Qarşı tərəf xaricdən pul gətirir və onu talayır. İran İslam Respublikası seçkilərə müdaxilə etmir, lakin bəzi xarici səfirlər (ABŞ və Səudiyyə Ərəbistanı səfirləri) seçkilər üçün canfəşanlıq edirlər. Siz bütün qayğısı Livan olan bir qrupla bütün qayğısı ABŞ və Qərbi razı salmaq olan bir qrup arasındasınız. Mən bilirəm ki, sizin səsləriniz Livanın şəhidlərinə, müqavimətinə, gücünə, şərəf və qüruruna məxsusdur.

Daha çox oxuyun:
Seyid Həsən Nəsrullah: Müqavimətin mövcudluğu Livanın Təl-Əviv tərəfindən bombalanmasının qarşısını alır

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir