Fələstinli jurnalist Cənində şəhid olub + VİDEO və FOTO

Çərşənbə 11 May 2022 - 16:52
https://az.iswnews.com/?p=6897

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqilə Cənin düşərgəsində sionist hərbçiləri tərəfindən güllələnərək şəhid edilib.

Bu gün səhər İsrail ordusu İordan çayının qərb sahilindəki Cənin düşərgəsinə basqın etdikdən sonra sionist işğalçılarla fələstinli gənclər arasında şiddətli toqquşma baş verib.
Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqilə İsrail ordusunun Cənin düşərgəsinə hücumunu işıqlandırarkən İsrail qüvvələri tərəfindən başından güllə yarası alıb və ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb. Şirin Əbu Aqilə İsrail əsgərləri tərəfindən vurulan zaman əynində jurnalist jileti olub.
“Əl-Qüds” qəzetinin müxbiri Əli əl-Samudi də İsrail əsgərləri tərəfindən kürəyindən vurularaq yaralanıb.

Bununla bağlı Fələstində HƏMAS hərəkatının sözçüsü Hazem Qasim bildirib: “Əl-Cəzirə” telekanalının jurnalisti Şirin Əbu Aqilənin İsrail işğalçı qüvvələri tərəfindən şəhadəti rejimin cinayətləri, xüsusən də jurnalistlərə qarşı cinayətlərinin haqqında yeni bir cinayətdir.

“Əl-Cəzirə”nin müxbiri Şirin Əbu Aqilənin yaralanma anı
Fələstinlilər Əl-Cəzirə müxbirini xəstəxanaya çatdırmağa çalışırlar
Şirin Əbu Aqilənin şəhadətinin elan olunma anı
Əli Əl-Samudi, Əl-Qüds qəzetinin müxbiri
Cənindəki Əl-Qüds bölükləri ilə sionist rejim əsgərləri arasında toqquşma anları
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir