İsrail, HƏMAS liderlərini xaricdə terror etməyə çalışır!

Çərşənbə, 11 May 2022 - 12:12
https://az.iswnews.com/?p=6878

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim Fələstinlilərin işğal olunmuş ərazilərdə son əməliyyatlarının qisasını Həmas liderlərinə sui-qəsd etməklə almaq niyyətindədir.

Britaniyanın “The Times” qəzeti iddia edir ki, İsrail HƏMAS liderlərini terror etməklə onlarla israillinin ölümünə və yaralanmasına səbəb olan işğal olunmuş ərazilərdə Fələstinlilərin son əməliyyatlarının qisasını almaq üçün xaricə öz terror qruplarını göndərmək niyyətindədir. Sionist rejim də bu barədə müttəfiqlərini məlumatlandırıb. Saleh əl-Aruri və Zaher əl-Cabarin İsrail rejiminin terror dəstələrinin hədəfi kimi görünür.

Digər tərəfdən, HƏMAS sionist rejimin bu hərəkatın liderlərinə terror planı ilə bağlı bəzi region və Avropa ölkələrinin kəşfiyyat orqanlarından xəbərdarlıqlar alıb.

Bununla bağlı Fələstinin HƏMAS İslami Müqavimət Hərəkatının rəhbərlərindən olan “Zaher əl-Cabarin” deyib: Əgər sionist düşmən müqavimətin başçılarından və onların başında duran “Şeyx Saleh Əl-Aruri”dən hər hansı birinə nəsə olsa, müharibə başlayacaq və müqavimət bu hərəkətlərə qətiyyətlə cavab verəcək.
O əlavə edib: Sionist düşmən terror siyasətini yürütməklə, müqavimətə son qoya biləcəyini düşünür. Fələstin xalqı sionist düşmənin təhdidlərindən qorxmur və bu təhdidlər müqaviməti dayandıra bilməyəcək.

Qeyd edək ki, son bir neçə ildə Fələstindən kənarda HƏMAS-ın bir sıra komandirləri, o cümlədən 2010-cu ildə Dubayda şəhid Mahmud əl-Məbhuh, 2016-cı ildə Tunisdə alim və Əl-Qəssam taborları PUA-larının dizayneri şəhid Məhəmməd əl-Zəvavi və 2018-ci ildə Malayziyada şəhid Fadi əl-Bataş Mossad üzvləri tərəfindən şəhid edilmişlər.

İsrail rəsmiləri və analitikləri son həftələrdə işğal olunmuş ərazilərdə anti-sionist hücumların artmasından sonra HƏMAS-ın Qəzzadakı siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsinə çağırışları zamanı bu məsələ gündəmə gəlib.

Görünür, sionist və Qərb medialarının bu xəbəri yaymaları məqsədsiz deyil və Fələstin müqavimətinin nüfuzlu şəxslərinin öldürülməsinə zəmin yaratmaq və ictimai rəy hazırlamaq və ya Fələstin müqavimət dəstələri və onların müttəfiqlərinin reaksiyasını öyrənmək üçün edilir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.