İraqda baş verən son hadisələr, 10 May 2022

Çərşənbə axşamı 10 May 2022 - 23:33
https://az.iswnews.com/?p=6874

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bir sıra Sincar qəbilələrinin ağsaqqalları və nüfuzlu şəxsləri İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşüb.

1- Bağdad:
Mayın 8-də İraq təhlükəsizlik qüvvələri tərəfindən Bağdad vilayətində İŞİD-in üç mühüm üzvü, Əbu Şahad, Əbu Sara və Əbu Yaqub həbs edilib.

2- Kərkük:
Mayın 9-da Kərkükün şimalında İraq qüvvələri ilə toqquşmada 3 İŞİD üzvü öldürülüb.

3-Neynəva:
Mayın 8-də İraq təhlükəsizlik qüvvələrinin Mahmur bölgəsində təşkil etdiyi pusquda 3 İŞİD üzvü öldürülüb.

4- Babil:
Mayın 9-da İraq təhlükəsizlik qüvvələri Babil vilayətindəki əl-Kifl həbsxanasında İŞİD məhbuslarının ən böyük qaçış planının qarşısını aldı. Plana görə, bir sıra məhbuslar çirkab suları içərək, zəhərlənərək öz sağlamlıqlarını təhlükə altına qoymalı, xəstəxanaya aparılmalı və sonra xəstəxanadan qaçmalı idilər.

5- Ərbil:
Mayın 9-da Əl-Hərir Hava Bazasındakı ABŞ qüvvələri PUA-lardan qorunma hərbi manevri zamanı səhvən Bəsrə bölgəsində çoxlu sayda ev və avtomobili atəşə tutublar. Bu hadisə nəticəsində ölən olmayıb.

6- Diyalə:
Mayın 10-da “Həşd-Şəəbi” təşkilatının qüvvələri İŞİD ünsürləri ilə mübarizə aparmaq və Xanaqin ətrafını təmizləmək üçün əməliyyata başlayıb.

7- Mayın 8-də PKK silahlıları İraqın şimalında apardığı əməliyyatlar zamanı səkkiz türk əsgərinin öldürüldüyünü iddia edib.

8- Mayın 8-də İraq Xarici İşlər Nazirliyi Sina səhrasının qərbində 11 Misir əsgərinin ölümü və yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə qınayıb.

9- Mayın 9-da bir sıra Sincar qəbilələrinin ağsaqqalları və tanınmış simaları İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşüblər. Görüş zamanı Sincar nümayəndələri bölgədəki təhlükəsizlik vəziyyəti və yaşayış problemlərini müzakirə ediblər və Əl-Kazimi bu problemlərin həllinə göstəriş verib. İclasda Milli Təhlükəsizlik müşaviri, Baş Qərargah rəisi, Milli Təhlükəsizlik Xidmətinin rəisi və İraqın Birgə Əməliyyatlar komandanının müavini iştirak edib.

10- Mayın 9-da İraq Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində Neynəva və Ənbar əyalətlərində İŞİD-in iki sığınacağı dağıdılıb.

11- Mayın 8-də İraqın milli təhlükəsizlik üzrə müşaviri Qassim əl-Araji İraqdakı missiyasının başa çatması münasibətilə NATO-nun İraqdakı Nümayəndəliyinin komandanı Michael Lusgaard ilə görüşüb.

12- Mayın 10-da ABŞ prezidenti Co Bayden Suriya və İraqda milli fövqəladə vəziyyəti daha bir il uzadıb.

13- Mayın 9-da İraqın Baş Naziri və Silahlı Qüvvələrinin Baş Komandanı Mustafa Əl-Kazimi İraqın təhlükəsizlik və kəşfiyyat orqanlarında dəyişikliklər edilməsi barədə göstəriş verdi. Bu barədə daha ətraflı məlumat verilməyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir