Suriyanın şimalında Rusiya-Türkiyə birgə hərbi patrul xidməti keçirilib

Çərşənbə axşamı 10 May 2022 - 22:43
https://az.iswnews.com/?p=6870

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 97-ci Rusiya-Türkiyə birgə hərbi patrulu bazar ertəsi Suriyanın şimalındakı Eyn əl-Ərəb şəhərinin şərq ətrafında keçirilib.

Səkkiz Rusiya və Türkiyə hərbi maşınından ibarət kolon iki rus helikopterinin müşayiəti ilə Eyn əl-Ərəbdən (Kobani) 15 km şərqdə yerləşən Qərib kəndindən patrul etməyə başlayıb.
Patrulun sonunda türk qoşunları Türkiyə torpaqlarındakı bazalarına, rus qüvvələri isə Eyn əl-Ərəbin cənubundakı bazalarına qayıdıblar.

Türkiyə və Rusiyanın sonuncu (doxsan altıncı) birgə hərbi patrulu 2022-ci il aprelin 18-də Eyn əl-Ərəbin qərb ətrafında baş tutmuşdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir