Fələstin müqavimət dəstələri tam hazır vəziyyətdədirlər

Çərşənbə axşamı 10 May 2022 - 21:14
https://az.iswnews.com/?p=6867

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət dəsətləri sionist rejim ordusunun hərbi təlimləri ilə eyni vaxtda tam hazır vəziyyətdədirlər.

Mayın 9-da Fələstin Müqavimət Dəsətələri Birgə Əməliyyat Otağının komandanlığı İsrail ordusunun “Od Arabaları” təliminin başlaması ilə eyni vaxtda bütün Fələstin müqavimət dəsətlərinə tam hazırlıq vəziyyətində olmağı əmr edib.
Fələstin Müqavimət Dəstələri Birgə Əməliyyat Otağı bəyanat yayıb: “Biz xalqımıza qarşı edilən hər cür axmaqlığa dərhal cavab vermək üçün düşmənin hərəkətlərini daim izləyirik. Fələstin xalqını əmin edirik ki, müqavimət sizin qalxanınız və ədalətli istəyiniz olaraq qalacaq.”

Qeyd edək ki, bazar ertəsi (mayın 9-da) sionist rejim öz tarixinin “Od Arabaları” adlı ən böyük hərbi təliminə başlayıb.

Daha çox oxuyun: Sionist rejim ən böyük hərbi təliminə başlayıb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir