Severodonetsk cəbhəsindəki son vəziyyət, 9 May 2022

Bazar ertəsi 9 May 2022 - 23:53
https://az.iswnews.com/?p=6845

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Severodonetsk şəhəri ətrafında Rusiya və Luqansk qüvvələri ilə Ukrayna qüvvələri arasında toqquşmalar davam edir.

Severodonetskin cənubunda son günlər Rusiya və Luqansk qüvvələri Nijnie qəsəbəsini Ukrayna qüvvələrinin nəzarətindən çıxara biliblər. Hazırda Toşkivkada qarşıdurmalar davam edir.

Severodonetskin şimalında, Vojevodivka-da və Rubijne şəhərinin cənubunda toqquşmalar davam edir. Rusiyayönlü medialar Rusiya ordusunun Vojevodivka məntəqəsinə nəzarəti və Rubijne şəhərini tam nəzarətə götürdüyünü iddia edirlər; Amma bu xəbəri hələlik təsdiqləmək mümkün deyil. Rubijne şəhərində münaqişə həftələrdir uzanır və Ukrayna qüvvələri yaxşı müqavimət göstərir. Vojevodivka məntəqəsinin Rusiya və müttəfiqləri tərəfindən nəzarətə götürülməsi Rubijne şəhərinin mühasirəyə alınmasına və Ukrayna qüvvələrinin şəhərdən geri çəkilməyə məcbur edəcək.

Severodonetskin qərbində (Kreminnanın cənubunda) Rusiya qüvvələri Sivorski Donetsk çayını keçərək Bilohorivka bölgəsinə hücum ediblər. Bu günə qədər irəliləyiş bu məntəqədə stabilləşdirilməyib.

Ümumiyyətlə, hücumların cəhətlərini nəzərə alsaq, Rusiyanın bu bölgədə hədəfinin Severodonetsk və Lysyçansk şəhərlərini mühasirəyə almaq olduğu görünür. Rusiyanın iddiasına görə, Severodonetsk və Lysyçanskı müdafiə etmək üçün bölgədə 8 minə yaxın Ukrayna əsgəri var. Severodonetsk və Lysyçansk şəhərləri Ukraynanın şərqində Ukrayna sənayesinin əsas mərkəzlərindəndirlər və onların Rusiya tərəfindən nəzarətə alınması Ukraynaya ağır psixoloji zərbədir.

Daha çox oxuyun:

Severodonetskdakı son hərbi vəziyyət + Xəritə

Rusiyanın Ukraynadakı əməliyyatının ikinci mərhələsi başladı

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir