Son 24 saatda 3 fələstinli şəhid olub; Sionistlər hücumların artacağını ehtimal edirlər

Bazar ertəsi 9 May 2022 - 22:52
https://az.iswnews.com/?p=6819

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, üç fələstinlinin sionist silahlıları tərəfindən şəhadəti ilə eyni vaxtda İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmiləri Naftali Bennetlə görüşdə işğal olunmuş ərazilərdə anti-sionist əməliyyatların davam edəcəyini açıqlayıblar.

Mayın 8-də İbrani KİV-ləri İsrail qüvvələrinin Tulkərm ətrafındakı təhlükəsizlik hasarını keçərək işğal olunmuş ərazilərə daxil olmaq istəyən 27 yaşlı fələstinli Mahmud Sami Aramı atəşə tutduğunu bildirib. Bu gənc fələstinli aldığı yaraların ağırlığına görə şəhid olub.

Bir saat sonra işğal altında olan Qüdsün Bab Əl-Əmud məhəlləsində daha bir fələstinli gənc İsrail əsgərləri tərəfindən güllələnərək şəhid olub. Sionistlər iddia ediblər ki, gənc oğlan soyuq silahla İsrail hərbçilərinə hücum etmək niyyətində olub, lakin şahidlər bildiriblər ki, gənc bir qrup fələstinli ilə birlikdə Bab Əl-Əmud məhəlləsindən keçərkən sionist hərbçilərin atəşinə tutulub.

Daha bir fələstinli İsrail hərbçiləri tərəfindən Beytləhmin şərqində öldürülüb. İbrani mənbələri gəncin silahlı əməliyyat keçirmək niyyətində olduğunu iddia edib!
Bu, son 24 saat ərzində sionist silahlıları tərəfindən şəhid edilən üçüncü fələstinli gəncdir.

Görünən odur ki, işğal olunmuş ərazilərdə təhlükənin artması və sionist işğalçıların psixoloji travmalarının artması ilə İsrail təhlükəsizlik qüvvələri fələstinlilərin hədəfinə tuş gəlməkdən qorxaraq, terrorizmlə mübarizə bəhanəsi ilə insanları səhvən güllələyir və fələstinlilərin itkilərinin sayını artırır.

Bu hadisələrlə üst-üstə düşən İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmiləri Baş nazir Naftali Bennett, Baş Qərargah rəisi Avio Koxavi və xarici işlər naziri Yair Lapidin iştirak etdiyi toplantıda işğal olunmuş Fələstindəki son təhlükəsizlik vəziyyətini müzakirə ediblər. İsrail rejimi rəsmilərinin sözlərinə görə, işğal olunmuş Fələstin ərazilərində anti-sionist hücumlar artacaq.

Bundan əlavə, İsrail təhlükəsizlik kabineti Cənində genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyü (çünki bura Fələstinin müqavimət əməliyyatlarının əsas diqqət mərkəzindədir) və fələstinliləri anti-sionist əməliyyatları etməyə həvəsləndirmək üçün Qəzzaya yeni tənliklərin qoyulması kimi digər məsələləri də müzakirə edib.
Sionist rejimin təhlükəsizlik kabinetinin bu iki məsələ ilə bağlı qərar vermək üçün yaxın günlərdə daha bir iclas keçirməsi planlaşdırılır.

Daha çox oxuyun:
Təl-Əvivin şərqində əməliyyat; Üç sionist öldürüldü
Təl-Əvivin mərkəzində silahlı atışma; 3 sionist həlak, 15 nəfər yaralanıb + FOTO və VİDEO
Təl-Əvivin şimalında iki fələstinli əməliyyat keçiriblər + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir