Sionist rejim ən böyük hərbi təliminə başlayıb

Bazar ertəsi 9 May 2022 - 19:20
https://az.iswnews.com/?p=6816

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusu Hizbullah və Fələstin müqavimət dəstələri ilə ehtilam olunan qarşıdurma üçün rejimin hərbi hazırlığını artırmaq naminə öz tarixçəsinin ən böyük təliminə başlayıb.

İşğal olunmuş ərazilərə anti-sionist hücumlarının artdığı bir vaxtda sionist rejim öz tarixinin ən böyük hərbi manevri olan “Od Arabaları”na başlayıb.
Təlim keçən il keçirilməli idi, lakin Qəzzada Seyf əl-Qüds döyüşü kimi tanınan 11 günlük müharibənin başlaması səbəbindən təxirə salınmışdı.

Birinci mərhələdə İsrail ordusunun Birləşmiş Qərargah Rəislərinin təlimi başlayır. Sonra isə təhlükəsizlik məsələlərinə və təxminlərinə əsasən, təlimin əhatə dairəsi daha geniş olacaq və düşmən olan sionist ordusunun bütün bölmələri təlimdə iştirak edəcək.
Sionist rejimin 13-cü Kanalı İsrail ordusunun təlim zamanı Hizbullah qüvvələri və Fələstin müqavimət dəstələri ilə döyüşmək üçün məşq edəcəyini açıqlayıb.
Təlimin başlaması ilə Qəzza zolağında Fələstin müqavimət dəstələri hazırlıqlarını artırıb.

Manevr İsrailin HƏMAS-ın Qəzzadakı ofisinin rəhbəri Yəhya Sinvarı və Fələstin müqavimət qruplarının komandirlərini öldürməklə bağlı təhdidləri ilə üst-üstə düşüb.

Seyf əl-Qüds döyüşü 2021-ci il mayın 10-da sionist rejim ilə Fələstin müqavimət dəstələri arasında başlayıb və 11 gün sonra Fələstin müqavimətinin şərtlərinin İsrail rejimi tərəfindən qəbul edilməsi və atəşkəsin yaradılması ilə başa çatıb. Qeyd edək ki, 11 gün davam edən bu döyüşdə işğal olunmuş ərazilərə 4100-dən çox müxtəlif tipli raket atılmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir