Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yetmiş Beşinci Günü, 9 May 2022

Bazar ertəsi 9 May 2022 - 14:01
https://az.iswnews.com/?p=6744

– Xarkov şəhəri yaxınlığında Ukrayna ordusu tərəfindən vurulan Rusiya hərbi helikopterinin qalıqlarının videosu.
Helikopterin quyruğundan qalan qalıqdakı nömrəyə görə bu helikopter hərbidə nəqliyyat üçün istifadə olunan Mi-8AMT modelidir. Təbii ki, bu helikopter performansını nəqliyyatdan hücum helikopterinə çevirmək qabiliyyətinə malikdir və qəza yerini nəzərə alsaq, ondan istifadənin hücum üçün olduğunu söyləmək olar.

– Moskvada Prezident Putin və digər Rusiya rəsmilərinin iştirakı ilə Qələbə Günü mərasimi keçirilib!
Rusiyada Qələbə Günü (9 May) İkinci Dünya Müharibəsində Sovet İttifaqının faşist Almaniya üzərində qələbəsini anma günüdür. Parad ilk dəfə Sovet İttifaqında 1945-ci il mayın 8-də, faşist Almaniyanın təslim olmasından sonra gecə yarısı keçirilib və hər il Moskvada və digər şəhərlərdə qeyd olunur.

– Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü paradında (9 May) söylədiyi fikirlərin xülasəsi:
Vətəni qorumaq hər zaman müqəddəsdir. Bizim vəzifəmiz nasizmi darmadağın edənlərin xatirəsini qorumaqdır. Rus qoşunları Moskvada, Kiyevdə və Xarkovda düşmənlə vuruşurdular. İndi də o vaxt olduğu kimi, siz Donbasdakı xalqımız və “rus” vətənimizin təhlükəsizliyi üçün mübarizə aparırsınız. Bu gün Donbas silahlıları öz vətənlərində Rusiya ordusu ilə yanaşı döyüşür.
Rusiya həmişə təhlükəsizliyin pərpa olunmasının tərəfdarı olub. Rusiya Qərbi düzgün dialoqa çağırdı, lakin heç bir nəticə vermədi.
Onların tamamilə fərqli planları var idi. NATO üzvləri səsimizi eşitmək istəmədilər. Onlar tarixi torpaqlarımızı işğal etməyə hazırlaşırdılar və təhlükə hər gün artırdı. Krım bölgəsinə hücuma hazırlıq gedirdi və NATO bizim sərhəd bölgələrimizdə hərbi inkişafa başlamışdı. Beləliklə, Rusiya onların işğalına ehtiyat tədbiri ilə cavab verdi. Bu məcburi, vaxtında və yeganə düzgün qərar idi. Hər şey neonasistlərlə münaqişənin qaçılmaz olacağını göstərirdi.

– Rusiya Ordusunun RF-91882 nömrəli Mi-8AMT helikopterinin məhv edilməsindən əvvəl və sonrakı görüntüləri.
Helikopter Xarkov cəbhəsində Ukrayna qüvvələri tərəfindən vurulub.

– Ukrayna ordusuna məxsus Bayraktar PUA-sının Qara dənizdəki ilan adası ətrafında Rusiyanın iki “Raptor” patrul katerinə hücumunun yeni videosu.

Ukrayna müharibəsini onlayn xəritəmizdə izləyə bilərsiniz!

– Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-25 qırıcısının Popasna cəbhəsində Ukrayna hərbçilərinin mövqelərinə hücumunun videosu.
“Su-25” gecə-gündüz istənilən şəraitdə yer hədəflərini dəqiqliklə məhv etmək, xüsusən də düşmənin zirehli texnikasını, rabitə vasitələrini, səngərlərini, komanda idarəetmə qərargahlarını, avtomobil yollarını, dəmir yollarını, hərbi helikopterlərini məhv etmək üçün nəzərdə tutulub.

Severodonetsk cəbhəsindəki son vəziyyət, 9 May 2022

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir