Suriyada baş verən son hadisələr, 8 May 2022

Bazar, 8 May 2022 - 22:34
https://az.iswnews.com/?p=6730

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ceyş Məqavir əl-Səvra (Ceyş əl-Hur terrorçularına bağlı qrup) qüvvələri ABŞ-la birgə Əl-Tənf bölgəsində hərbi manevr keçirib.

1- Hələb:
– Mayın 7-də Hələbin şimalında, Təl Rafat şəhərinin kənarında kürd silahlılarının mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya atəşinə məruz qalıb.
– Mayın 6-da Hələbin şimalına Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumu nəticəsində Suriya ordusunun iki üzvü şəhid olub.

2- İdlib:
– Mayın 7-də Suriya artilleriyası terrorçuların Əl-Bare qəsəbəsi və Kansafra kəndinin kənarındakı mövqelərini atəşə tutub.
– Mayın 7-də İdlib əyalətinin cənub ətrafında yerləşən Cəbəl əz-Zəviyyədə terrorçuların mövqeləri rus qırıcıları tərəfindən hücuma məruz qalıb.
– Mayın 7-də Türkiyənin dəstəklədiyi terrorçular İdlibin cənubunda Hantoutin cəbhəsində Suriya ordusunun tankını tank əleyhinə idarə olunan raketlə hədəfə alıblar.
– Mayın 7-də “Misirin-Məra” bölgəsində terrorçuların mövqeləri rus qırıcıları tərəfindən hücuma məruz qalıb.

3- Dəraa:
Mayın 5-də Nizal Xalid əl-Şabin adlı Suriya təhlükəsizlik qüvvələri Seyda şəhərində naməlum silahlı şəxslər tərəfindən öldürülüb.

4- Deyr əz-Zor:
– Mayın 5-də Suriya ordusunun “Musa İsa Nissafi” adlı təhlükəsizlik bölməsinin komandiri Deyr əz-Zor əyalətinin Əl-Xaritə qəsəbəsində bomba yüklü avtomobilin partlaması nəticəsində şəhid olub.
– Mayın 7-də Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyr ər-Zorun şimalındakı Əl-Harici qəsəbəsində yerləşən qərargahına İŞİD ünsürlərinin hücumu nəticəsində bir SDQ üzvü öldürülüb.
– Mayın 7-də yerli mənbələr ABŞ koalisiyasının təyyarələrinin yerli vaxtla səhər saat 11-də Deyr əz-Zor əyalətindəki Şalan əl-Ta’meh fermasını hədəf aldığını iddia ediblər. Terrorçulara yaxın medialar hücumun İranın dəstəklədiyi qüvvələrin mövqelərinə olduğunu iddia ediblər. Hücumla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

5- Raqqa:
– Mayın 8-də Raqqanın şimal-şərqində Xaniz-Şeyx əl-Həsən yolunda Suriya Demokratik Qüvvələrinin (SDQ) avtomobilinə yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində iki SDQ üzvü həlak olub, ikisi isə yaralanıb.
– Mayın 6-da Rusiya qırıcıları Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarını hədəfə alıb.

6- Həsəkə:
– Mayın 6-da Həsəkənin şimalında Əbu Rassin cəbhəsində Türkiyənin dəstəklədiyi terrorçularla toqquşmada iki kürd əsgəri öldürülüb.
– Mayın 7-də Hasəkənin cənubunda Suriya Demokratik Qüvvələrinin (SDQ) maşınına hücum nəticəsində bir SDQ üzvü həlak olub.
– Mayın 7-də Türkiyənin dəstəklədiyi terrorçular Həsəkə əyalətinin Təl Təmər şəhərinin kənarını artilleriya atəşinə tutublar.

7- Homs:
– Mayın 5-də Suriya ordusu qüvvələri Tedmorun şərqindəki Aarak neft yatağı yaxınlığında İŞİD ünsürləri ilə toqquşdu. Toqquşmanın təfərrüatları və ölənlərin sayı barədə məlumat verilməyib.
– Mayın 7-də Ceyş Məqavir əl-Səvra (Ceyş əl-Hur terrorçularına bağlı qrup) qüvvələri ABŞ-la birgə Əl-Tənf bölgəsində hərbi manevr keçirib.

8- Mayın 8-də Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatlarında 11 kürd silahlısının öldürüldüyünü iddia edib.

9- Mayın 8-də Suriya prezidenti Bəşər Əsəd Tehrana səfəri zamanı İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei və İran prezidenti Höccətül-islam Seyid İbrahim Rəisi ilə ayrı-ayrılıqda görüşüb.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.