Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yetmiş Üçüncü Günü, 7 May 2022

Şənbə 7 May 2022 - 16:28
https://az.iswnews.com/?p=6661

– Rusiyanın RT kanalı Rusiya ordusunun Pantsir-S1 qısa mənzilli müdafiə sisteminin Ukrayna cəbhələrində fəaliyyətini əks etdirən video yayımlayıb.
Bu videoda Ukraynaya məxsus Bayraktar PUA-sının məhv edilməsi anını və qalıqlarının əks etdirir. RT kanalı hücumun yeri və vaxtı barədə ətraflı məlumat verməyib.

– Rusiya qırıcı təyyarələri Donetsk vilayətinin şimalındakı Kramatorsk şəhərindəki Energomer Spetsal enerji zavodunu bombalayıb.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusu zavodu sursat anbarına çeviribmiş.
Energomer Spetsal zavodunun koordinatı:
48.774632,37.586037

– Ukrayna hökuməti Kiyevin şimal-qərbindəki İrpin şəhərində dəmir yolu körpüsünü və dəmir yolu xəttini yenidən bərpa edib. Bu marşrutun açılışı bu gün səhər ilk qatarın keçidi ilə baş tutub.
Ukrayna mənbələri İrpin münaqişələri zamanı körpünün rus ordusu tərəfindən dağıdıldığını bildirirlər. Lakin Ukrayna müharibəsində “körpüləri dağıtmaq” Ukrayna hərbçilərinin Rusiya qüvvələrinin Kiyev şəhəri də daxil olmaqla, mühüm məntəqələrdə irəliləməsinin qarşısını almaq üçün istifadə etdiyi taktika idi.

İrpin Dəmiryolu Körpüsünün koordinatı:
50,510882,30,258680

– Ukrayna Dnestryanı-ya yeni hücum edib
Dnestryanıdakı yerli mənbələr ötən gecə bölgənin cənubundakı Varanko kəndində iki və ya dörd partlayışın baş verdiyini bildiriblər.
Dnestryanı bölgəsinin daxili işlər naziri Varanko ​​kəndində sovet dövründən qalma köhnə bazada dörd partlayışın baş verməsi barədə xəbərləri təsdiqləyib. Onun sözlərinə görə, bazaya naməlum PUA ilə hücum edilib və indiyədək itkilər barədə məlumat yoxdur.
Bu, Ukraynanın Dnestryanıya keçmiş hücumları ilə birgə Ukrayna ordusunun Dnestryanı Muxtar Vilayətinə dördüncü hücumudur.
Varanko ərazisinin koordinatı:
47.7092487, 29.1204794

Daha çox oxuyun: Avropa növbəti müharibəni gözləyir; Polşa Moldavianın şərqinə ordu yerləşdirir?

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir