Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yetmiş İkinci Günü, 6 May 2022

Cümə 6 May 2022 - 23:48
https://az.iswnews.com/?p=6649

– Rusiya qoşunları Rubijene şəhərinin cənub-şərq hissəsindəki Ukrayna qoşunlarının təchizatını kəsmək üçün şəhərin şərqində yerləşən meşələrdən istifadə edərək hücuma keçib.

Ruslar bu yolu kəsə bilsələr, çox güman ki, Ukrayna qüvvələri də Rubijenin cənub hissəsindən geri çəkiləcəklər.

İzyum-Slavyansk cəbhəsində bəzi rus mənbələri Ukrayna ordusunun 93-cü briqadasının mühasirəyə alındığını iddia edib və bununla bağlı Ukrayna Ordu Komandanlığı Sorovski Donetsk çayının sahillərinə əlavə qüvvələr (o cümlədən: 100 tank və zirehli texnika ilə 3000 hərbçi) göndərib.

Rusiya artilleriyası hazırda bu qüvvələrin Severodonetskin şimal cəbhələrinə çatmasının qarşısını almaq üçün həmin cəbhə xəttini şiddətlə bombalayır.

Yuxarıdakı xəritə Severodonetsk cəbhələrinin son vəziyyətini göstərir.

– Rusiya artilleriya mərmiləri Ukrayna ordusunun S-300 hava hücumundan müdafiə sistemini vurub.
Rusiya ordusu hücumda tornado kimi tanınan bir neçə “Smerç” reaktiv yaylım atəşindən istifadə edib. Adətən yerüstü birləşmələr, zirehli texnikalar, artilleriya, komanda qərargahı və sursat anbarları bu raketin hədəfləri olur. Bu sistem Suriya müharibələrində, o cümlədən Dəməşq və İdlibin cənubundakı qarşıdurmalarda istifadə olunub.

– Rusiyanın qərbindəki Belqorod vilayətindəki yerli mənbələrin məlumatına görə, Rusiya hərbi hava hücumundan müdafiə sistemləri sərhəddə yerləşən Krasnı Xotor və Valkovski kəndləri yaxınlığında bir və ya bir neçə Ukrayna Tu-141 və ya Tu-143 PUA-larını vurub.
Vurulma səbəbindən çıxan tüstü PUA-ların partlayıcı maddələr daşıdıqlarını göstərir. PUA və ya raketlərin növləri dəqiq aydın deyil, lakin videoların birində Tu-141 PUA-sının və ya digər Tupolev modellərinin qalıqları görsənir.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir