İnfoqrafik: Ənsarullahın 2021-ci ilin döyüşlərindən verdiyi statistika və məlumatlar

Bazar ertəsi 31 Yanvar 2022 - 09:10
https://az.iswnews.com/?p=664

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri 2021-ci ildə Yəmən müharibəsinin təfərrüatları ilə bağlı hesabat və statistika təqdim edib.

Briqada generalı Yəhya Səri bu mətbuat konfransında deyib:

  • 2021-ci ildə qüvvələrimiz düşmənin 223 bir başa hücum və 166 nüfüzlu hücumunu dəf edib.
  • 2021-ci il ərzində düşmən qırıcı təyyarələri 7100 hava hücumu həyata keçirib, nəticədə mülki əhali itkiləri və infrastruktura ziyan dəyib. Bu hücumların əksəriyyəti Mərib əyalətinin müxtəlif bölgələrini hədəf alıb.
  • 2021-ci ildə qüvvələrimiz 194 hücum əməliyyatı və 382 təqib əməliyyatı həyata keçirib.
    2021-ci ildə qüvvələrimiz 3 mərhələdə Ən-Nəsr Əl-Mubin əməliyyatı və iki mərhələdə Rabi Əl-Nəsr əməliyyatı kimi əməliyyatlar həyata keçirib. Quru əməliyyatlarımız Mərib, Əl-Cəvf, Əl-Bəyda, Şəbvə və Əl-Hudəydə əyalətlərində 12250 kvadrat kilometrlik böyük ərazilərin azad edilməsi ilə nəticələnib.
  • Mühəndis bölməsi 5010 əməliyyatda düşmən ünsürlərini, hərbi texnikasını və onların kazarmalarını hədəfə alıb.
  • Artilleriya bölməsinin ümumi əməliyyatları 21925 əməliyyat təşkil edib, o cümlədən: düşmənin mühüm mövqelərini, toplanışlarını və hərbi texnikasını hədəfə almaq niyyəti ilə.
  • 2021-ci ildə snayper bölməsinin əməliyyatlarının sayı 13191-ə çatıb.
  • Hava hücumundan müdafiə qüvvələri 1025 əməliyyat keçirib ki, bu da qarşıdurmaya və düşməni meydanı tərk etməyə məcbur edib.
  • 22 Səudiyyə hava təchizatı, o cümlədən: 6 ədəd CH-4, 12 ədəd Scan Eagle, bir ədəd MQ9, iki ədəd RQ20 və bir ədəd Karayel dronları vuruldu. Həmçinin, 2021-ci ildə iki ədəd BƏƏ-yə aid Winglong-2 PUA-sı və 64 ədəd kiçik casus dronu vuruldu.
  • Raket qüvvələri 440 əməliyyat həyata keçirib ki, onlardan 340-ı Yəmən daxilində olan düşmən qüvvələrini, 100-ü isə Yəməndən xaricdə düşmən toplantı və obyektlərini hədəf alıb.
  • Hərbi Hava Qüvvələri (İHA-ya aid qüvvələr) 4497 Yəmənin daxilində və xaricində düşmən hədəflərinə qarşı kəşfiyyat və hücum əməliyyatları həyata keçirib.
  • 2021-ci ildə 394 Səudiyyə əsgər və zabiti və 745 sudanlı öldürülüb və yaralanıb. Yerli muzdluların itkiləri ölən və yaralananların sayı 24 000-dən çox olub.
  • 2021-ci ildə 1749 zirehli texnika və transportyor, 253 artilleriya qurğusu məhv edilib və ya sıradan çıxıb, 39 anbar yandırılıb.

Biz Yəmən Respublikasının azadlığı, müstəqilliyi və bütün ərazisinin azad edilməsinə nail olana qədər cihadi vəzifələrimizi yerinə yetirməyə davam edəcəyik.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir