Suriyada baş verən son hadisələr, 5 May 2022

Cümə axşamı, 5 May 2022 - 23:14
https://az.iswnews.com/?p=6602

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, ABŞ koalisiyasına məxsus 15-dən çox yük maşını İraq Kürdüstanı sərhədindən Suriyanın Həsəkə əyalətinə daxil olaraq Hasəkənin şimal-şərqində yerləşən Ramilan şəhərinin kənarındakı ABŞ koalisiya bazasına istiqamət alıb.

1- Hələb:
– Mayın 2-də Hələbin şimalında, Təl Rafat şəhərinin kənarında kürd silahlılarının mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya atəşinə məruz qalıb.
– Mayın 2-də Əl-Bab şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində iki mülki şəxs yaralanıb.
– Mayın 3-də Afrin Azadlıq Qüvvələri qruplaşması iddia edib ki, onun həyata keçirdiyi silsilə əməliyyatlar zamanı Suriyanın şimalında Türkiyənin dəstəklədiyi 14 terrorçu və türk hərbçisi öldürülüb.
– Mayın 1-də Cerablus şəhərində minalanmış avtomobilin partladılması nəticəsində Əhrar əş-Şam terrorçularının cəbhə komandirlərindən biri Zəkəriyyə Həmidi ağır yaralanıb.
– Mayın 4-də Afrinin kənarındakı Şerava bölgəsi Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən hədəfə alınıb.
– Mayın 4-də Hələbin şimalında, Azaz şəhərinin cənubunda, Kəlcəbrin bölgəsində Türkiyə ordusunun bazasını kürd artilleriyasının atəşə tutması nəticəsində bir türk əsgəri həlak olub.

2- İdlib:
Mayın 4-də terrorçuların Sufuhan və əl-Futeyrə kəndlərindəki mövqeləri Suriya artilleriyasının hədəfi olub.

3- Dəraa:
– Mayın 4-də Azad Ordu terror qruplaşmasının keçmiş üzvü Təfs şəhərində naməlum silahlı şəxslərin hücumuna məruz qalıb və ağır yaralanıb.
– Mayın 1-də Dəraa vilayətinin Azra şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində Suriya ordusunun əsgəri şəhid olub.
– Mayın 1-də Dəraa əyalətinin Qərbi Məlihə qəsəbəsində yerləşdirilən bomba partlayıb. Partlayış nəticəsində insan tələfatı olmayıb.

4- Dəməşq:
– Mayın 3-də Suriya ordusunun əsgəri Dəməşqin kənarında naməlum şəxslər tərəfindən şəhid edilib.

5- Deyr əz-Zor:
– Mayın 4-də Əl-Əzba qəsəbəsində naməlum şəxslərin Suriya Demokratik Qüvvələrinin (SDQ) maşınına hücumu nəticəsində bir SDQ üzvü həlak olub.
– Mayın 2-də Deyr əz-Zorun şimalında Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarət-buraxılış məntəqəsinə naməlum silahlıların hücumu nəticəsində iki SDQ üzvü həlak olub, bir neçə nəfər isə yaralanıb.

6- Həsəkə:
– Mayın 4-də Rəs əl-Ayn şəhərində Türkiyənin dəstəklədiyi terrorçuların üzvü Əbu Miqdad naməlum silahlı şəxslərin hücumuna məruz qalıb və ağır yaralanıb.
– Mayın 1-də Əl-Hul düşərgəsində iraqlı bir qaçqın naməlum şəxslər tərəfindən öldürülüb.
– Mayın 5-də 15-dən çox Amerika koalisiyasının yük maşını İraq Kürdüstanı sərhədindən Suriyanın Həsəkə əyalətinə daxil olub və Hasəkənin şimal-şərqində yerləşən Ramilan şəhərinin kənarında yerləşən ABŞ koalisiya bazasına istiqamətlənib.

7- Raqqa:
– Mayın 4-də Rusiya qırıcıları Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarını hədəfə alıb.
– Mayın 4-də Türkiyənin dəstəklədiyi terrorçular Eyn İsa ətrafındakı ərazini artilleriya ilə hədəfə alıblar.
– Mayın 4-də İŞİD ünsürlərinin Suriya ordusunun Mədən şəhərinin kənarındakı nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində bir neçə Suriya ordusunun hərbçisi şəhid olub və yaralanıb.
– Mayın 5-da kürd silahlıları Raqqanın şimalında yerləşən Eyn İsa şəhərinə beş hərbi maşından ibarət karvan göndərib.
– Mayın 4-də Suriya ordusunun Rəssafə səhrasındakı qərargahına İŞİD ünsürlərinin terror hücumu nəticəsində 3 Suriya hərbçisi şəhid olub, 4-ü yaralanıb.
– Mayın 4-də Rusiya qüvvələri 13 yük maşını və 100-ə yaxın hərbçidən ibarət hərbi karvanı Eyn İsa şəhərinin kənarındakı bazaya göndərib.
– Mayın 4-də Eyn-İsa ətrafında bir kürd silahlısı minaya düşərək öldürülüb.

8- Quneytərə:
Mayın 1-də Quneytərədə Suriya ordusuna məxsus avtobus yolunda yol kənarına qoyulmuş bomba partladılıb. Hadisə itkisiz olub.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.