Ərdoğan Hersoqu Fələstinin işğalının ildönümü münasibətilə təbrik etdi!

Cümə axşamı 5 May 2022 - 07:53
https://az.iswnews.com/?p=6537

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Türkiyə prezidenti sionist rejim prezidentini Fələstinin işğalının ildönümü münasibətilə təbrik edib.

Mayın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İshaq Hersoqla telefonla danışıb.
İshaq Hersoq Türkiyə hökumətini və xalqını Fitr bayramı münasibətilə təbrik edib və Türkiyə prezidentinə deyib: “Bayramın bölgəyə xoşbəxtlik, sülh, əmin-amanlıq və könüllərin yaxınlaşmasını gətirməsini ümid edirəm”.
Ərdoğan, həmçinin sionist rejimin “İsrailin müstəqilliyinin ildönümü” adlandırdığı Fələstinin işğalının ildönümü münasibətilə Hersoq-u təbrik edib.

Zəngin davamında tərəflər regionda sakitliyin və sabitliyin qorunması üçün ictimai danışıqların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha çox oxuyun:
Oğrunun Yeni Əməkdaşı, Karvanın Qədim Dostu
Türk diplomat: İsrail və Türkiyənin birgə təhlükəsizlik təhdidləri var!
Ərdoğanın Ankarada sionistləri səmimi qarşılaması

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir