Ənsarullah Səudiyyə koalisiyasının 15-ci CH-4 pilotsuz təyyarəsini vurub

Çərşənbə 4 May 2022 - 19:24
https://az.iswnews.com/?p=6522

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Ənsarullahın hava hücumundan müdafiə qüvvələri Səudiyyə koalisiyasına məxsus 15-ci CH-4 PUA-sını Həccə əyalətinin şimalındakı Hərəz şəhəri səmasında vurub.

BMT-nin atəşkəs razılaşmasından və onun Səudiyyə koalisiyası tərəfindən dəfələrlə pozulduğundan bir ay sonra Ənsarullah hava hücumundan müdafiə qüvvələri bu gün səhər Həccə vilayətinin şimalında yerləşən Hərəz şəhəri səmasında Səudiyyə koalisiyasına aid olan CH-4 PUA-sını (Çin istehsalı) vurub.
Atəşkəs dövründə kəşfiyyat və döyüş PUA-larının uçuşları atəşkəsin pozulması mənası daşıyır və Ənsarullah koalisiyaya çoxsaylı xəbərdarlıqlardan sonra bu gün səhər saatlarında bu açıq-aşkar pozuntuya sərt reaksiya verib.
Bu, tam yerinə yetirilməmiş atəşkəs razılaşmasının sonu ola bilər. Səudiyyə koalisiyasının yerinə yetirməkdən imtina etdiyi razılaşmanın şərtləri arasında yanacaq daşıyan gəmilərin Əl-Hudəydə limanına daxil olması və Səna hava limanının yenidən açılması var.

Qeyd edək ki, “Ənsarullah” Yəmən müharibəsi başlayandan bəri 15 CH-4 PUA-nı məhv edib. Bu PUA Çin istehsalıdır və Amerikanın MQ-9 PUA-sına bənzəyir, 250 kq partlayıcı maddə daşıya və 40 saata qədər uça bilir və 5000 km-ə qədər məsafə qət edə bilir.

Daha çox oxuyun:
İnfoqrafik: Yəmən müharibəsində Səudiyyə-ABŞ koalisiyasının hava qüvvələrinin aldığı xəsarət

Video: Səudiyyə koalisiyasının 15-ci CH-4 pilotsuz təyyarəsinin qalıqları
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir