Bakı konfransında İrana qarşı yeni ittiham; Qarabağ müharibəsində tranzit olan silahlar!

Çərşənbə axşamı 3 May 2022 - 13:19
https://az.iswnews.com/?p=6440

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın İkinci Qarabağ müharibəsində Ermənistana silah yardımının İran ərazisindən tranzit olunduğunu iddia edib.

ADA Bakı Universitetinin ev sahibliyi etdiyi “Cənubi Qafqaz, İnkişaf və Əməkdaşlıq” konfransında İlham Əliyev İrana qarşı ittihamlar irəli sürüb. İttihamlar İlhamın daha əvvəl 2020-ci il oktyabrın 16-da Türkiyə xəbər kanalına verdiyi müsahibədə Ermənistanla sərhədlərini bağladığına və Ermənistana hərbi yardım göstərmədiyinə görə İrana təşəkkür etdiyi halda irəli sürülür! O demişdir: “İrandan Ermənistana silah ötürülməsi ilə bağlı nəinki məlumat yoxdur; Əksinə, İran Ermənistana hər hansı silah ötürülməsinə görə hava və quru sərhədlərini bağlayıb”.

Azərtac xəbər agentliyinin məlumatına görə, o, cümə günü (29 aprel) çıxışında deyib: “İran, Qazaxıstan, Türkmənistan və Gürcüstan İkinci Qarabağ müharibəsi zamanı Rusiya Federasiyasının silahlarının Ermənistana tranzit marşrutunda olublar. Azərbaycan bu ölkələrin rəsmi orqanlarına bu barədə məlumat verib, ancaq Gürcüstan buna mane olub”.

İranın silah tranziti prosesindəki rolu ilə bağlı Əliyev iddia edib: “Qarabağ müharibəsində İran rəsmiləri əvvəlcə Rusiya silahlarının Ermənistana tranzitini inkar etdilər. Amma Ermənistanla Norduz sərhəddində Rusiya hərbi silahlarının şəkilləri yayılanda onlar Ermənistana silah çatdırmağı dayandıracaqlarını iddia etdilər”.

Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərinin çox hissəsini otuz ildən sonra geri ala bildi.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan prezidentinin Rusiya silahlarının tranziti ilə bağlı son bəyanatında Rusiyanın “Kamaz” markalı yük maşınlarının ticarətindən bəhs edilir. Həmin yük maşınları Ənzəli limanından İran ərazisinə daxil olub və yükləndikdən sonra açıq şəkildə Norduz sərhədinə göndərilmişdir. Azərbaycan Respublikası bu nəqliyyat vasitələrinin daşınmasına etiraz etdikdən sonra İran bu yük maşınlarının təhvil verilməsini dayandırmağa razılaşdı və İran idxal şirkəti də bu dayanmadan təsirləndi. “İslam Dünyası Xəbərləri” informasiya agentliyi Qarabağ müharibəsi zamanı baş verən prosesləri lazımınca işıqlandırmışdır. Ona görə də Azərbaycanın irəli sürdüyü iddia düzgün deyil.

Xatırladaq ki, həmin konfransda İlham Əliyev İran İslam Respublikasını Qum şəhərində müxaliflərinin cinayət və terror fəaliyyətinin təşkilinə dəstək verməkdə ittiham etmişdi. Cənubi Qafqaz İnkişaf və Əməkdaşlıq Konfransı cümə günü 29 aprel Bakıda təşkil olunmuşdur. İlham Əliyev Qərbin əməkdaşlığını Azərbaycana sərmayə qoymağa və neft-qaz müqavilələrinin uzadılmasına cəlb etməyi qarşısına məqsəd qoyub. Bu alqı-satqı və tranzit müqavilələrinin icrası 2023-cü ildə başa çatacaq.

Daha çox oxuyun:
Azərbaycan prezidentinin İrana qarşı ittihamı; Terrora və separatizmə dəstək! + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir