Əl-Qəssam taborlarının sözçüsü İran İslam İnqilabının Rəhbərinə təşəkkür edib

Çərşənbə axşamı 3 May 2022 - 06:21
https://az.iswnews.com/?p=6407

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Fələstin HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam taborlarının sözçüsü İmam Xameneinin mövqelərini və onun İran İslam Respublikasının Fələstin xalqı müqavimətinin yanında olduğunu açıq şəkildə vurğulamasını yüksək qiymətləndirib.

Fələstin HƏMAS hərəkatının hərbi qolu olan şəhid İzzuddin Əl-Qəssam taborlarının sözçüsü Əbu Ubeydə İmam Xameneinin sözlərinə istinad edərək deyib: Qüds günündə İran İslam İnqilabının Rəhbəri Seyid Əli Xameneinin Fələstin milləti və müqaviməti haqqında səmimi ərəb dilindəki çıxışını izlədik. Biz “Əl-Qəssam” taborları olaraq bu hisslərə görə təşəkkür edirik və onun müqavimətə və Fələstin xalqına davamlı dəstəyinə əməli və aydın şəkildə vurğulamasını yüksək qiymətləndiririk.
Əl-Qəssamın sözçüsü həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Sərdar Səlamiyə Fələstin müqavimətinə verdiyi dəstəyə görə təşəkkür edib.

Həmçinin şənbə günü HƏMAS-ın Qəzzadakı siyasi bürosunun rəhbəri Yəhya Sinvar Ümumdünya Qüds günündə Fələstin xalqına dəstək olan bütün ölkələrə, o cümlədən İran İslam Respublikasına, Ali Rəhbərə, Prezidentə, İslam İnqilabı Keşikçiləri Korpusuna və İran xalqına təşəkkür edib.

Qeyd edək ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xamenei mübarək Ramazan ayının sonuncu cümə gününə təsadüf edən Beynəlxalq Qüds günündə ərəb dilində İslam dünyasına, Fələstin millətinə və müqavimətinə müraciət edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir