İordan çayının qərb sahilində anti-sionist əməliyyatçıların həbsi

Çərşənbə axşamı, 3 May 2022 - 05:39
https://az.iswnews.com/?p=6399

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, sionist rejim əsgərləri İsrail təhlükəsizlik qüvvələrinin ölümü ilə nəticələnən Ariel qəsəbəsində atışma əməliyyatı edənləri həbs ediblər.

Mayın 1-i axşam saatlarında Qarava Bəni Həssan kəndi yaxınlığındakı Ariel qəsəbəsində anti-sionist əməliyyatının əməliyyatçıları Yəhya Məri və Yusif Asi İsrail hərbçiləri tərəfindən həbs edilib.
İsrail Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı iki şəxsin tutulması zamanı Ariel qəsəbəsində keçirilən əməliyyatda istifadə edilən hər iki silahın da ələ keçirildiyini açıqlayıb.

Qeyd edək ki, aprelin 30-da İordan çayının qərb sahilinin şimalında yerləşən Ariel qəsəbəsində bir mühafizəçi iki gənc fələstinli tərəfindən Karlo silahları ilə öldürülmüşdür. Əməliyyatdan sonra Fələstin Fəth Hərəkatının hərbi qolu olan Əl-Əqsa Şəhidləri Taborları bəyanat yayaraq əməliyyata görə məsuliyyəti öz üzərinə götürmüşdür.

Daha çox oxuyun:
İordan Çayının Qərb Sahilində anti-sionist əməliyyatı baş verib + VİDEO

Ariel qəsəbəsindəki əməliyyatçılar
İordan çayının qərb sahilində anti-sionist əməliyyatı törədənlərin silahlarının şəkli
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.