Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Altmış Səkkizinci Günü, 2 May 2022

Bazar ertəsi, 2 May 2022 - 16:44
https://az.iswnews.com/?p=6321

– Rusiyanın qərbində yerləşən Belqorod şəhərinin səmasında Rusiya ordusunun müdafiə sisteminin hədəflərlə qarşılaşmasının videosu.
Belqoroddakı yerli mənbələr səmada iki partlayışın baş verdiyini, çox güman ki, Rusiyanın müdafiə qüvvələrinin Ukrayna ordusunun raket və ya dron zərbələrinə qarşı olan fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər.

– Rusiya ordusunun Dnepropetrovsk vilayətinin Sinlenikovski rayonundakı Ukrayna taxıl anbarına raket zərbəsi endirdiyi an.
Dnepropetrovskdakı yerli rəsmilərin sözlərinə görə, hücum heç bir itki ilə nəticələnməyib.
Bu videodakı raketin təfərrüatlarına görə, Rusiya ordusunun hücumda Kh59-mk2 yer-hava raketindən istifadə etdiyi görünür.

– Ukrayna ordusunun PUA-ları Rusiya qayıqlarına hücum ediblər
Ukrayna mətbuatı Ukrayna hərbi PUA-larının Rusiya qayıqlarına hücumu ilə bağlı video yayımlayıb.
Videodakı məlumata görə, hücumlar bu gün mayın 2-də səhər saat 4:38 və 4:51-də Zmeiny adasının sahillərindən 80 metr və 700 metr məsafədə həyata keçirilib.

Odessada Həmkarlar İttifaqı binası qətliamının səkkizinci ildönümüdür

2014-cü il mayın 2-də Odessada Viktor Yanukoviç (rusyönüllü) hökumətinin tərəfdarları ilə ukraynalı millətçilər (nasistlər) arasında toqquşma zamanı naməlum şəxslər Həmkarlar İttifaqı binasında 300-dən çox insanı saxlayıb və öldürdükdən sonra onlardan bir neçəsini yandırdılar!
Bu hadisə zamanı 48 nəfər dəhşətli şəkildə həlak olub, 240-dan çox insan müxtəlif dərəcəli yanıb və yaralanıb.

– Qətlin görüntülərində hamilə qadının kabelnən öldürülməsi əks olunub və bu qətl anından bir video var ki, orada bir adam deyir: o qadındır, onu öldürməyin, sonra başqa insanlar orada şuar verirlər və deyillər: O, bir qadın deyil, O, separatçıdır və sonra oradakı pəncərədən Ukrayna bayrağı asılır! Həmçinin binanı tərk etmək istəyən şəxslər pəncərələrin qarşısında naməlum şəxslər tərəfindən güllələnir.

Bu hadisədən sonra müvəqqəti hökumət ümumi matəm elan etdi və Ukraynanın sonrakı hökumətləri həqiqətin üzə çıxarılması və bu qətliamın səbəbkarlarının müəyyən edilməsi üçün heç bir xüsusi tədbir görmədilər. Ona görə də rus yönüllülər və həlak olanların ailələri, Amerika kəşfiyyat orqanları və nasistləri (Ukrayna millətçiləri) hadisədə günahlandırdılar və hər il həmin cinayətin anım mərasimini keçirirlər.

2014-cü il may ayının ikinci günündə Odessa şəhərində baş verən hadisələr Ukraynada Kiyev münaqişəsindən sonra Yanukoviç hökumətinin devrilməsi ilə nəticələnən ən qanlı iğtişaşlardan biri oldu. Odessa toqquşmaları zamanı 40-dan çox insan həlak olub ki, onların da böyük bir hissəsi Həmkarlar İttifaqı binasında məhbusların öldürülməsi ilə bağlıdır.

– 2014-cü il mayın 2-də Odessa həmkarlar ittifaqı binasında törədilən qətliamın şəkilləri

Xəbərdarlıq +18: Bu xəbərdə hər kəs üçün uyğun olmayan şəkillər var.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.