Məqalə: İŞİD-in əməliyyat strukturundakı dəyişiklik

Mustafa Pakdel
Yazar:Mustafa Pakdel
Bazar ertəsi 2 May 2022 - 14:47
https://az.iswnews.com/?p=6310

İŞİD-in ardıcıl məğlubiyyətlərindən və bu terror qruplaşmasının hakimiyyətinin sona çatmasından sonra İŞİD-in yüksək səviyyəli komandirləri bəzi ölkələr üçün “tənha canavar” strategiyasını yürüdürlər.

“Tənha canavar” nəzəriyyəsində adi insan və ya vətənpərvər ünsür sosial şəbəkələr vasitəsilə müxtəlif təlimlər keçərək cəmiyyətdə fərdi terrorçuya çevrilir. Bu şəxslərin terror qrupları və ya onların adamları ilə açıq-aşkar əlaqəsi yoxdur və təkbaşına fəaliyyət göstərir, bu da təhlükəsizlik qüvvələrinin onları tanımasını çətinləşdirir.
Lakin İraq və Suriyada xeyli sayda İŞİD ünsürlərinin olması səbəbindən bu strategiya həyata keçirilmədi və bu iki ölkədəki İŞİD qüvvələri 3-5 nəfərlik qruplaşmalara bölündü (onlar mərkəzdən idarə olunur). Bu qruplaşmalar əsasən İraq və Suriya səhralarında, hətta sadə insanlar arasında yaşayan İŞİD-in gizli kiçik mərkəzləri adlanır.

Suriyanın İdlib əyalətinin Atma şəhərində ABŞ hərbçilərinin keçirdiyi kiçik hərbi əməliyyat zamanı İŞİD-in keçmiş lideri Əbu İbrahim əl-Quraşinin öldürülməsi və Əbu əl-Həsən əl-Haşimi əl-Quraşinin terror qruplaşmasının yeni lideri kimi təyin edilməsi ilə İŞİD-də yeni struktur yaradılıb.
Bəzi qeyri-rəsmi məlumatlara görə, İŞİD-in komandanlıq mərkəzi ona bağlı olan bütün qüvvələrə öz komandirlərindən koordinasiya olmadan əməliyyat keçirməməyi əmr edib.
Bu onu göstərir ki, İŞİD-in öz ünsürləri üçün cəbhə komandiri olduğu ölkələrdə “tənha canavar” strategiyası həyata keçirməyib və bütün tədbirlər yuxarı instansiyaların göstərişləri çərçivəsində həyata keçirilir.
Bu qərardan sonra İŞİD ünsürlərinin özlərinin yuxarı orqanları ilə əlaqəsi artıb, koordinasiya, əmr və mesajların böyük hissəsi sosial şəbəkələr vasitəsilə mübadiləsi aparılıb.
İŞİD ünsürlərinin komandirlərlə artan təmaslarını nəzərə alsaq, bu, İraq və Suriya təhlükəsizlik qüvvələrinin harada olduqlarını izləmək və müəyyən etmək və İŞİD komandirlərindən əlavə məlumat əldə etmək üçün ən yaxşı fürsətdir.

İŞİD strategiyasını dəyişdirməklə, görünür, xalq və dinc əhali arasında yaşayan gizli qüvvələrini öz tərəfinə çəkib və daha çox partizan dəstələri yaratmaqla İraq və Suriyanın təhlükəsizlik və hərbi qüvvələrinə daha ağır zərbələr endirməyə çalışır.
İŞİD ünsürlərinin Qərbin kəşfiyyatı və maddi-texniki dəstəyi ilə Suriyanın Həsəkə əyalətindəki Ğuveyran həbsxanasına hücum, ölkələrin mərkəzlərində sui-qəsd, strateji əraziləri nəzarətə götürmək və partlayışlar törətmək, plan hazırlamaq kimi hərəkətlər həyata keçirəcəyini gözləmək yersiz deyil.

Zamanla İŞİD qruplaşmasının “tənha canavar” strategiyasını hansı ölkələrdə ləğv etdiyi və ya həyata keçirdiyi, bölgədə qalması üçün yeni İŞİD strategiyasının nə olduğu bəlli olacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir