Ənsarullah Usəylandakı Əl-Əmaləqə qüvvələrinin toplaşdığı yerə raket zərbəsi endirib

Bazar 30 Yanvar 2022 - 07:28
https://az.iswnews.com/?p=630

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Ənsarullah Şəbvə əyalətinin qərbində yerləşən Usəylan şəhərindəki Səudiyyəyə bağlı Əl-Əmaləqə qüvvələrinin toplaşdığı yerə raket zərbəsi endirib.

Raket hücumu gecənin son saatlarında, yanvarın 28-də Səudiyyə koalisiyasının himayəsi altında olan Əl-Əmaləqə qüvvələrinin Usəylan şəhəri Əl-Səfhə bölgəsində toplaşdığı yerə qarşı həyata keçirilib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin sözlərinə görə, hücum zamanı bir neçə hərbi və zirehli maşın məhv edilib, azı 40 silahlı və Əl-Əmaləqə qüvvələrinin komandiri öldürülüb və yaralanıb.

Ənsarullah mövqelərinin Əl-Səfhə bölgəsi arasında olan məsafəsi (48 km) və həmçinin Ənsarullah hücumlarının tarixinə nəzər salsaq, bu hücumda istifadə edilən raket növü, çox ehtimal ki, Bədr P-1 raketi idi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir