İraqda daha iki Türkiyə əsgəri həlak olub

Bazar 1 May 2022 - 15:03
https://az.iswnews.com/?p=6289

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha iki türk əsgərinin həlak olduğunu açıqlayıb.

Belə ki, aprelin 18-də səhər saatlarında Türkiyənin müdafiə naziri Hulusi Akarın əmri ilə İraqın şimalında PKK silahlılarına qarşı başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 10 nəfərə yüksəlib.

PKK silahlıları Türkiyə Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərin yanlış olduğunu və İraqın şimalında türk hərbçilərinə aid faktiki itkilərin bu rəqəmlərdən çox olduğunu iddia edirlər.

Daha çox oxuyun:
Ərdoğan: İraqın şimalında bir türk əsgəri həlak olub
İraqın şimalında baş verən son hadisələr, 27 Aprel 2022
İraqda daha bir türk əsgəri həlak olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir