Suriyada baş verən son hadisələr, 30 Aprel 2022

Şənbə 30 Aprel 2022 - 22:32
https://az.iswnews.com/?p=6283

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Suriya ordusunun köməkçi qüvvələri İŞİD-in gizli kiçik mərkəzləri ilə mübarizə aparmaq üçün Raqqanın cənub-qərbindəki Rəssafə səhrasına göndəriliblər.

1- Hələb:
– Aprelin 27-də Mənbic Hərbi Şurasının qüvvələri Türkiyə ordusuna məxsus kamikadze kvadrokopterini Mənbicdən qərbdəki Əl-Buuğaz kəndi yaxınlığında vurub.
– Aprelin 27-də Suriya ordusu Hələbin qərb kənarında Şeyx Süleyman kəndi ətrafında Türkiyənin dəstəklədiyi terrorçuların mövqelərini atəşə tutub.
– Aprelin 29-da Afrinin kənarındakı Şərava bölgəsi Türkiyənin dəstəklədiyi artilleriyanın hədəfinə çevrildi.
– Aprelin 29-da Hələbin qərbində, Kəfərnuran kəndində terrorçuların mövqeləri Suriya ordusu tərəfindən artilleriya atəşinə məruz qalıb. Hücum nəticəsində bir türk əsgərinin yaralandığı bildirilir.
– Aprelin 29-da Hələbin şimalındakı Təl-Rəfat şəhərinin kənarındakı kürd silahlılarının mövqeləri Türkiyənin dəstəklədiyi artilleriyadan atəşə tutulub.

2- İdlib:
– Aprelin 29-da terrorçuların İdlibin cənubundakı Əl-Barə qəsəbəsinin kənarındakı mövqeləri Suriya artilleriyası tərəfindən hədəfə alınıb.
– Aprelin 30-da Suriya ordusu Məra ən-Nasanda terrorçuların mövqelərinə artilleriya hücumu edib.

3- Dəraa:
– Aprelin 30-da terrorçuların keçmiş üzvü Dəraada naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Son 7 gündə Dəraa vilayətinin Senamin şəhərinin cinayət məhkəməsinin rəhbəri İŞİD ünsürləri tərəfindən qətlə yetirilib. Senamin şəhərinin təhlükəsizlik mərkəzinin rəhbəri də İŞİD tərəfindən sui-qəsdə məruz qalıb və yaralanıb. BƏƏS partiyasının iki üzvü də Senamin şəhərində İŞİD tərəfindən qətlə yetirilib.
– Aprelin 30-da Dəraa şəhərində naməlum silahlılarla toqquşmada Suriya ordusunun əsgəri yaralanıb.

4- Deyr əz-Zor:
Aprelin 27-də İŞİD ünsürlərinin Deyr əz-Zor əyalətinin Əbu Xaşab kəndinə hücumu nəticəsində 7 mülki şəxs şəhid olub, 4 nəfər yaralanıb.

5- Həsəkə:
– Aprelin 27-də Türkiyə ordusuna məxsus casus pilotsuz təyyarələrin Tal Tamar ərazisi üzərində uçuşu müşahidə edilib.
– Aprelin 29-da Həsəkə üzərində uçan üç Amerika helikopteri göründü.
– Aprelin 10-da ABŞ hərbi heyəti Həsəkənin şimal-şərqində, Ramilan şəhərinin kənarında yerləşən ABŞ koalisiya bazasına daxil olub.

6- Raqqa:
– Aprelin 27-də Suriyanın köməkçi qüvvələri İŞİD-in gizli kiçik mərkəzlərinə qarşı mübarizə aparmaq üçün Raqqanın cənub-qərbindəki Rəssafə səhrasına göndəriliblər.
– Aprelin 27-də naməlum şəxslərin Raqqanın şərqindəki əl-Kərəmə bölgəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində iki SDQ üzvü həlak olub.
– Aprelin 27-də Türkiyənin dəstəklədiyi terrorçular M4 magistralını və Eyn-İsa şəhərinin ətrafını artilleriya ilə hədəfə alıblar.
– Aprelin 29-da Suriya ordusunun Raqqa şəhərinin şərq ətrafındakı Məədan şəhərinin kənarındakı bazası naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb. Hücum zamanı birneçə Suriya ordusunun əsgəri şəhid olub və yaralanıb.

7- Aprelin 28-də Rusiya qırıcıları Rəssafə, Əsria, Sixnə və Tedmor bölgələrində İŞİD-in sığınacaqlarına ən azı 10 hava zərbəsi endirib.

8- Suriyadakı Rusiya Barışıq Mərkəzi açıqladı: Terrorçular İdlib bölgəsində 7 dəfə atəşkəsi pozublar, bunlardan 2-si Latakiya əyaləti, 3-ü Hələb əyaləti və digər 2-si İdlib əyalətinin özündə baş verib.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir