Səudiyyə koalisiyasının Mərib və Şəbvə əyalətlərində son əməliyyatlarının təhlili

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Bazar, 30 Yanvar 2022 - 07:02
https://az.iswnews.com/?p=624

Səudiyyə koalisiyasının Şabvə əyaləti və Mərib vilayətinin cənubundakı apardığı son əməliyyat BƏƏ və Səudiyyə Ərəbistanı arasında Mənsur Hadinin devrilmiş hökumətini xilas etmək üçün razılaşmanın göstəricisidir. Bəs səudiyyəlilər Məribi saxlamaq üçün BƏƏ-yə hansı vədləri veriblər?

12 noyabr 2021-ci ildə Səudiyyə koalisiya komandanlığı tərəfindən bir çox analitikləri, yerli və xarici medianı təəccübləndirən bir əmr verildi. Onlar düşünülmüş bir hərəkətlə Əl-Hudəydə şəhəri və Yəmənin qərb sahili cəbhələrindən geri çəkilmələrini əmr etdilər. Bu əmrə əsasən, “Vətənpərvər Müqavimət”in bütün qüvvələri, o cümlədən, Tarik Salehin komandanlığındakı qüvvələr, Təhamə, Əl-Əmaləqə və müştərək qüvvələr Əl-Hudəydə şəhərinin şimal və şərq bölgələrini; həmçinin Əl-Dureyhəmi, Əl-Cah, Əl-Təhita şəhərciylərini boşalddılar.

Ən mühüm təhlil bu geri çəkilmənin Şəbvə və Mərib cəbhələrini gücləndirmək üçün edildiyi və bu geri çəkilmələrin His və Əl-Xuxə cəbhəsinə qədər davam edəcəyinə əsaslanırdı.

Ənsarullahın Mərib və Şəbvə cəbhələrində ildırım sürəti ilə irəliləməsi Səudiyyə koalisiyasının quru qüvvələrini dərin çaşqınlıq və zəiflik içində qoydu və koalisiya Əl-Qaidə və İŞİD üzvlərini göndərməklə Ənsarullahın qarşısını ala bilmədi. Mərib şəhərini qorumaq və Ənsarullahı Şəbvə əyalətinin mərkəzi Ətəq şəhərindən uzaq saxlamaq üçün onlara təlim keçmiş və təcrübəli quru qoşunları lazım idi. Sudanlıların qaçması və muzdluların və Əl-Qaidə və İŞİD ünsürlərinin öldürülməsi ilə koalisiyaya Tarik Saleh və Əl-Əmaləqə qüvvələrinə qoşulmaqdan başqa çarə qalmadı.

Yəmən cəbhələrindən son ehtimal verilən əsaslara görə, Səudiyyə koalisiyası Yəmənin qərb sahilindəki qüvvələrini belə bölüb: Tarik Salehin qüvvələri Ənsarullahın mümkün hücumlarının qarşısını almaq üçün Əl-Hudəydənin cənubunda qalmalı və onların bir hissəsi Məribin şimal və qərb cəbhələri doğru hərəkət etməli idilər.

Təhamə qüvvələri isə, Tarik Saleh qüvvələri ilə birlikdə His qəsəbəsi ətrafında Qızıl Aypara adlı əməliyyat keçirdi ama bu əməliyyat konkret nəticə vermədi.

Əl-Əmaləqə və təhlükəsizlik qüvvələri də Şəbvə vilayətinin qərb bölgələrində geri alma əməliyyatları keçirmək üçün Ətəq şəhərinə daxil oldular.

Bu qüvvələrin transferi səudiyyəlilərlə BƏƏ arasında gizli razılaşmanın nəticəsi idi. Görünür, BƏƏ səudiyyəliləri Məribin süqutundan xilas etmək müqabilində Şəbvə vilayətinin açarını Səudiyyə qüvvələrindən alıb. Təbii ki, bu məsələyə “Mənsur Hadi” tərəfdarlarının qəbilələri etiraz edəcək və hətta Şəbvə vilayətində Mənsur Hadi tərəfdarları ilə cənublular arasında qarşıdurma ehtimalını vermək olar.

Hər halda, Əl-Əmaləqə və müştərək qüvvələr Səudiyyə Ərəbistanının komandanlığı altında və BƏƏ-nin xüsusi dəstəyi ilə Şəbvənin qərbindəki döyüşlərə daxil oldular. BƏƏ ilk addımda Usəylan və Biyhan qəbilələrinin şeyxlərini şirnikləndirdi və bu, Ənsarullahın Bəlharis qəbilələri ilə müqavilələrinin ləğvinə səbəb oldu. Ənsarullah Bihan cənubundakı yüksək dağlıq ərazilərdə də müdafiə xətti yaradıb və Səudiyyə koalisiyasının hazırladığı genişmiqyaslı hərbi əməliyyatı pozmağa nail olub.

2022-ci il dekabrın 11-dən münaqişələr Hərib şəhərinin şimalına keçdi və nəhayət, Hərib şəhəri mərkəzi 21 yanvar 2022-ci ildə Səudiyyə koalisiyasının nəzarətinə keçdi.

Şəbvə və Mərib cəbhəsindən alınan son xəbərlərə görə, Ənsarullahın Biyhan cənubunda ilk müdafiə xətti sabit olaraq qalır. Amma Eyn şəhərində vəziyyət çox qeyri-sabitdir və bu şəhərə olan nəzarətin Ənsarullah və koalisiya arasında get-gəl etməsi ehtimalı yüksəkdir.

Məribin cənubundakı Səudiyyə koalisiyası Ənsarullahın Əl-Məlaa yüksəkliyindən Cəbəl Həniyyəyə qədər ikinci müdafiə xəttini qırmaq, eləcə də Əl-Əbdiyyə şəhərinin cəbhəsində irəliləməyə çalışır. Bu xətt də süqut edərsə, Ənsarullahın Əl-Cəvbə şəhərində mövqeləri zəifləyəcək və koalisiyanın irəliləməsinə yol açılacaq. Bu ərazilərin süqutu sonda Ənsarullahı Əl-Bələq yüksəkliklərindən və Mərib şəhərinin cənub bölgələrindən geri çəkilməyə məcbur edəcək. Çünki onlar şimaldan, şərqdən və cənubdan mühasirə oxşar vəziyyətdə qalacaqlar.

Əl-Əmaləqə qüvvələrinin əksəriyyətinin Yəmənin mərkəzi bölgələrinə köçürülməsi ilə eyni vaxtda Səudiyyə koalisiyasının nəzarətində olan Birləşmiş Qüvvələr və Mənsur Hadi qüvvələri kimi digər qüvvələr də Məribin cənub cəbhələrinə yerləşdirilib. Digər tərəfdən, Mənsur Hadinin devrilmiş hökumətinin müdafiə naziri “Məhəmməd Əl-Məqdaşi” Mənsur Hadi qüvvələrinin Əl-Bəlq Şərqi yüksəkliklərini geri almaq üçün qaçılmaz hücumuna işarə edən Mərib şəhərinin cənub cəbhələrinə səfər edib və Ənsarullah bu cəbhədə ağır döyüşə hazırlaşmalıdır.

Ümumiyyətlə, Mərib və Şəbvə cəbhələrinin quru (hava və su deyil) döyüşləri üçün gələcək o qədər də xoş görsənmir. Ənsarullahın Mərbin qərb və cənub cəbhələrində müxtəlif səbəblərdən ləngiməsi koalisiya qüvvələrinə yenidən qruplaşma imkanı yaratdı və səudiyyəlilər çox saylı vədlərlə yenidən BƏƏ-nin döyüş meydanına daxil olmasına səbəb oldular. BƏƏ və Səudiyyə Ərəbistanının birləşməsi və Əl-Əmaləqə qüvvələrinin canfəşanlığı və… onlar üçün Mərib süqutu ehtimalını azaldacaqdır. Qısa müddətdə bu, səudiyyəliləri Yəmən tənliyindən silinmək təhlükəsindən xilas edəcək və BƏƏ-nin Yəmənin mərkəzi bölgələrində təsirini artıracaq, lakin Ənsarullah düzgün tədbirlər görsə, eyni addımları ata bilər. Əvvəlki kimi koalisiyanın mövqelərinə daha ağır zərbələr endirmək imkanı olar. Şübhəsiz ki, bu vəziyyət İsrail və ABŞ-ın Yəmənin parçalanması üçün xüsusi hazırlığıdır və bunun dəf olması üçün müqavimət cəbhəsindən daha müvafiq cavab tələb edir.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.