Əfqanıstanda yenə terror aktı; Kabildə əhli-sünnə məscidində partlayış olub

Cümə 29 Aprel 2022 - 20:46
https://az.iswnews.com/?p=6204

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Kabilin altıncı rayonundakı Xaniqah Xəlifə Sahib Məscidində törədilən terror partlayışı nəticəsində 100-dən çox insan şəhid olub və yaralanıb.

Aprelin 29-da baş verən terror partlayışı nəticəsində Kabilin altıncı rayonundakı Qala Xəlifə məhəlləsindəki Xaniqah Xəlifə Sahib Məscidində keçirilən mərasimdə 66 nəfər şəhid olub, 76-dan çox insan yaralanıb.
Partlayış, əksəriyyəti taciklər və sünni sufilər olan Qala Xəlifə məhəlləsinin sakinləri cümə namazından sonra zikr məclisinə başladıqları zaman baş verib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin yerli mənbəsinə görə, ölənlərin əksəriyyəti xəstəxanalarda adları qeydə alınmadan dəfn edilib və ölənlərin dəqiq sayı məlum deyil. Ölənlərin sayı artır və çoxlu sayda insan İstiqlal xəstəxanasının təcili yardım bölməsinə yerləşdirilib. Həmçinin, İstiqlal xəstəxanasının yerləri başa çatdığı üçün xeyli sayda yaralı başqa yerlərə və evlərə köçürülüb.

Partlayış Əfqanıstanda son on gündə dini məkanlarda və mülki insanları hədəf alan yeddinci terror aktıdır.
Məzari-Şərifdəki Böyük Sedokkan məscidində törədilən terror aktından başqa, indiyədək heç bir şəxs və ya qruplaşma Kabil, Məzari-Şərif və Kunduzda törədilən terror partlayışlarına görə məsuliyyəti üzərinə götürməyib. Əfqanıstanda İŞİD-in mövcudluğunu dəfələrlə inkar edən və öz dövründə Əfqanıstanın yüksək təhlükəsizliyini iddia edən Taliban rəsmiləri hələlik bu məsələlərlə bağlı dəqiq açıqlama və ya mövqe bildirməyiblər.

Daha çox oxuyun:
Məzari-Şərifdə terror aktları davam edir + FOTO
Terror aktı; Bu dəfə Kunduz əyalətindəki əhli sünnə məscidində + VİDEO və FOTO

Video №1: Partlayışdan bir neçə dəqiqə sonra Xaniqah Xəlifə Sahib məscidinin girişindəki vəziyyət!
Video №2: Partlayışdan bir neçə dəqiqə sonra Xaniqah Xəlifə Sahib məscidinin girişindəki vəziyyət!
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir