Məzari-Şərifdə terror aktları davam edir + FOTO

Cümə 29 Aprel 2022 - 03:03
https://az.iswnews.com/?p=6181

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Məzari-Şərifin şiələrin yaşadığı bölgələrdə törədilən iki terror partlayışı nəticəsində 20-dən çox dinc sakin şəhid olub və yaralanıb.

Cümə axşamı, aprelin 28-i günortadan sonra Məzari-Şərifin üçüncü rayonundakı Konteyner yol ayrıcında Van markalı minik avtomobili maqnit bombası ilə partladılıb. Partlayışla eyni vaxtda Sultan Ğiyasuddin məktəbinin qərbindəki Səccadiyyə stansiyasında daha bir miniavtobus partladılıb.
Bu partlayışlar nəticəsində indiyədək biri uşaq, ikisi qadın olmaqla 9 nəfər şəhid olub, 13-dən çox insan yaralanıb.

Hələlik heç bir şəxs və ya qrup terror aktlarına görə məsuliyyəti üzərinə götürməyib. Həmişə olduğu kimi, Əfqanıstanda belə hücumların əsas günahkarı İŞİD terror qruplaşmasıdır. Lakin son on gündəki hücumlar arasında yalnız Məzari-Şərifdəki Sedokkan məscidində baş verən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdür.
Bu, son on gündə Əfqanıstanın müxtəlif şəhərlərində baş verən altıncı terror aktıdır.

Daha çox oxuyun:
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 22 Aprel 2022
Məzari-Şərif və Kunduzda terror partlayışları + FOTO
Terror aktı; Bu dəfə Kunduz əyalətindəki əhli sünnə məscidində + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir