Sərayəl-Qüds ilk dəfə olaraq Cənin dronunu təqdim etdi + FOTO

Cümə 29 Aprel 2022 - 02:23
https://az.iswnews.com/?p=6170

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün sözçüsü Əbu Həmzə Ümumdünya Qüds Günü münasibəti ilə etdiyi çıxışda Cənin PUA-sını təqdim edib.

Bir neçə saat əvvəl Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün sözçüsü Əbu Həmzə Ümumdünya Qüds Günü münasibəti ilə çıxış edib.
O deyib: “Biz Beynəlxalq Qüds Gününün təzahüründə, İmam Xomeyninin (r.ə) Qüds gününü onun azadlığının başlanğıcı adlandırdığı günü yaşayırıq. Bu il Qüds gününün ən mühüm xüsusiyyəti düşmənin harada olmasının və onun işğalçı olmasının aydınlığıdır.

Sərayəl-Qüdsün sözçüsü deyib: Qüds cəbhəsi düşmənə acısını daddıracaq müdafiə və hücum imkanlarına malikdir. Sabit tənliyimizi vurğulayırıq ki, Məscidül-Əqsaya edilən hər hansı təhqir düşmənlə müharibənin başlanğıcı deməkdir.

Fələstinli döyüşçü çıxışının davamında Yəmən xalqını salamlayıb və deyib: Yəmən xalqı heç vaxt Fələstin xalqını geridə qoymayıb. Müqavimət dəstələri danılmaz bir mesaj verir və bu, düşmənin məhv edilməsi üçün müqavimətin alovlanmasını tələb edir.

Əbu Həmzə vurğulayıb: “Bu gün biz qüvvələrimiz tərəfindən istifadə edilən Cənin dronunu təqdim edirik və döyüşçülərimiz onu mühasirəyə alınmış Qəzza zolağının daxilində təkmilləşdirməyə davam edir. Bütün Fələstin torpaqları azad olunana qədər sözümüzə əməl edəcəyik.”

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir