İraqın şimalında baş verən son hadisələr, 27 Aprel 2022

Çərşənbə 27 Aprel 2022 - 23:48
https://az.iswnews.com/?p=6142

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Türkiyə ordusunun İraqın şimal bölgələrində həyata keçirdiyi “Qıfıl Pəncəsi” əməliyyatının ilk on günündə verdiyi itkilərin sayı 8-ə çatıb.

Aprelin 25-də Türkiyənin müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ​​və Quru Qoşunlarının komandanı ordu generalı Musa Avsurun müşayiəti ilə Türkiyə-İraq sərhədində yerləşən Piyada qöşunların üçüncü diviziyasının Taktiki Komandanlıq Qərargahında olub.
Qərargahda Akar “Qıfıl Pəncəsi” əməliyyatının son vəziyyəti ilə yaxından tanış olub və videokonfrans vasitəsilə cəbhə komandirləri ilə danışıb.
O bildirib ki, İraqın şimalında “Qıfıl Pəncəsi” əməliyyatı başlayandan bu yana 56 PKK-çı türk əsgərləri tərəfindən öldürülüb.
Hulusi Akar Türkiyə ordusunun İraqın şimalında verdiyi itkilərin sayını açıqlamasa da, Türkiyə Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, aprelin 18-dən bu yana İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 8 türk əsgəri həlak olub.

Digər tərəfdən, PKK Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatının ilk həftəsində türk əsgərlərinə qarşı 152 əməliyyat keçirildiyini, 218 türk əsgərinin həlak olduğunu, 48 əsgərin isə yaralandığını iddia edir. Həmçinin, 4 PUA-nın məhv edilməsini, 11 helikopterin zədələnməsini də iddia edir. PKK Türkiyə əsgərlərinin İraqın şimalında irəliləmək və bölgələrə hücum etmək üçün kimyəvi silahdan istifadə etdiklərini iddia edib.
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi əməliyyatın başlamasından bəri PKK türk hərbçiləri ilə toqquşmalarda öz ölənlərinin sayı barədə məlumat yaymayıb.

“Qıfıl Pəncəsi” əməliyyatında türk hərbçilərinin itkilərinin sayının Türkiyə Müdafiə Nazirliyi tərəfindən 8, PKK tərəfindən isə 218 olduğu bildirilsə də, tərəflərin açıqladığı rəqəmlər real görsənmir.
Türkiyə ordusunun dəqiq hava hücumları yerinə yetirəcəyi, digər tərəfdən isə PKK silahlılarının partlayıcı tələlərdən istifadə edərək türk əsgərlərinə qarşı çətin və partizan hücumları edəcəyi gözlənilir.

Qeyd edək ki, “Qıfıl Pəncəsi” əməliyyatı bu ilin 18 aprelində səhər saatlarında Türkiyənin müdafiə naziri Hulusi Akarın əmri ilə İraqın şimalında PKK silahlılarına qarşı başlayıb.

Daha çox oxuyun:

İraqın şimalında Türkiyə ordusunun yeni əməliyyatı + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir