Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Altmış Üçüncü Günü, 27 Aprel 2022

Çərşənbə, 27 Aprel 2022 - 22:37
https://az.iswnews.com/?p=6128

– Rusiya mənbələrinin məlumatına görə, aprelin 25-də Xarkov səmasında qəzaya uğrayan Rusiyaya məxsus “Su-34” qırıcı təyyarəsinin qəzaya uğramasına səbəb qırıcı mühərrikinin sıradan çıxması olub.
Bu qırıcının pilotu qəzadan əvvəl atılıb və Rusiya ordusunun helikopteri tərəfindən xilas edilib. Bu video həm də pilotu axtarıb xilas etmək üçün uçan rus helikopterini də nümayiş etdirir.

– Ukrayna ordusu Belqorodun cənubundakı Staraya Nelidovka kəndindəki sursat anbarını bombalayıb. Kənd Ukrayna ilə sərhəddən 21 km aralıda yerləşir.
Rusiya mənbələri həmçinin səhər saat 3:35-də Belqorod səmasında bir hədəfə hava hücumundan müdafiə qüvvələrinin atəş açdığı videonu yayıb.
Videoya görə, Ukraynanın necə hücum edəcəyi ilə bağlı iki ehtimal var:
1- Staraya Nelidovka sursat anbarının yerləşdiyi yer Ukraynaya məxsus kəşfiyyatçı PUA tərəfindən izlənilib və sonra artilleriya ilə hücuma məruz qalıb.
2- Ukraynanın döyüş kəşfiyyatı üçün PUA sursat anbarını bombalayıb və sonra Rusiya hərbi müdafiəsi tərəfindən vurulub.
Staraya Nelidovka kəndinin koordinatı:
50°27’38″N, 36°29’39″E

– Rusiya ordusu Zaporojye alüminium zavoduna bir və ya bir neçə Kalibr qanadlı raketlə hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusu buranı ABŞ və Avropadan gətirilən silah anbarına çeviribmiş.

– Moldovanın şərqindəki Kobasna bölgəsində yerləşən Rusiya qüvvələri Ukrayna qüvvələrinin Kobasna silah anbarını atəşə tutduğunu bildirib. Hücum bu gün səhər saat 8:45-də baş verib və itki yoxdur.
Kobasna Sursat Anbarı 20.000 ton Sovet dövründən qalma silahları özündə saxlayan Şərqi Avropanın ən böyük sursat anbarlarından biridir.
Kobasna bölgəsinin silah və sursat anbarının koordinatı:
47.76131214701001, 29.206375934371625
Dnestryanı Muxtar Vilayəti haqqında ətraflı məlumat:
Dnestryanı-ya naməlum hücum; rusyönüllülərin özünü şikəst etməsi, yoxsa Ukrayna hücumu? Dnestryanı haradır?

– Rusiya müdafiə qüvvələri Rusiyanın Kursk vilayətində hədəflərə hücum etməzdən əvvəl Ukrayna ordusuna məxsus Bayraktar PUA-sını vurub.
Bayraktar PUA-sının peyk naviqasiya sistemi yoxdur və yerüstü idarəetmə stansiyası ilə əlaqəni saxlamaq üçün təxminən 50 km yol qət etdikdən sonra aşağı hündürlüklərdə uça bilmir və uçuş hündürlüyünü artırmalıdır ki, bu da radarlardan müdafiə sistemləri tərəfindən müəyyən edilmək və vurmaq üçün istifadəni asanlaşdırır.
Daha çox oxuyun:
Zelenski də Türkiyənin Bayraktar propaqandasını rədd etdi!

– Rusiya ordusunun çəkdiyi Mykolaev vilayətinin cənub sahilində Ukrayna ordusunun qalasının dağıdılmasının video.
Rusiya hərbçiləri bugünkü qarşıdurmalar zamanı Qərbi Xerson vilayətində Stanislavın şimal-qərbindəki Oleksandryuka bölgəsinə də nəzarəti ələ keçirib.
Rusiya hərbçiləri Xersonda əldə etdiyi nailiyyətləri möhkəmləndirməsə, Ukrayna qüvvələrinin yaxın həftələrdə Xersona hücumu ehtimalı var. Mykolaev Ukraynanın cənub sahillərinə nəzarətdə mühüm rol oynayır və Rusiya hərbçiləri Moldavianın şərqinə çatmaq üçün gərək bu şəhərdən keçsin.

– Ukrayna hərbi qüvvələri “Stugna-P” tank əleyhinə raketi ilə Rusiyaya məxsus zirehli texnikanı vurub.
Bu videonun vaxtı və yeri bilinmir.
“Stugna” Ukraynanın paytaxtı Kiyevdəki “Luç” dizayn bürosunda xarici rəqiblərlə rəqabət aparmaq üçün hazırlanmış Ukrayna tank əleyhinə raketinin adıdır.
Daha çox oxuyun:
Hərbi Məlumat: Stugna-P tank əleyhinə raketi

– Rusiya mətbuatı Ukrayna ordusuna məxsus daha bir Bayraktar pilotsuz təyyarənin qalıqlarının görüntülərini dərc edib. Pilotsuz təyyarə Rusiyanın qərbində, Belqorod vilayətinin Kazinka rayonu səmasında Pantsir-S1 sistemi tərəfindən vurulub.
Bu, son 48 saat ərzində Rusiya hərbçiləri tərəfindən vurulan üçüncü PUA-dır.
Belqorod vilayətindəki Kazinka rayonunun koordinatı:
50°14’14″N, 37°50’33″E

– Rusiyaya məxsus KUB-BLA PUA-sı Luqansk cəbhəsində Ukrayna qüvvələri tərəfindən vurulub.
Rusiyanın bu PUA-sı 3 kiloqram partlayıcı daşımağa qadirdir.

– Raket zərbəsi zamanı Rusiya hərbçiləri Qara dənizdəki hərbi gəmidən Ukraynadakı hədəflərə dörd Kalibr qanadlı raket atıblar.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.